Çində qlobal internetə giriş verməyə başlayıblar
sizinxeber.az xəbər saytı

Çində qlobal internetə giriş verməyə başlayıblar


Çinin cənub əyaləti Haynan bəzi korporativ istifadəçilərə qlobal internetə geniş giriş təmin etmək üçün pilot proqram başladır.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Haynan adasında qeydiyyatdan keçmiş şirkətlərin əməkdaşları “Global Connect” mobil xidmətinə müraciət edə və ÇXR-də bloklanmış bəzi saytlara giriş əldə edə bilərlər.

SCMP qeyd edir ki, xidmət “Google”, "Vikipediya", “YouTube”, “X”, “TikTok” və digər servislərə girişi açacaq, lakin bəzi veb-saytlar əlçatmaz olaraq qalacaq.

Müraciət edənlərin Çinin üç operatorundan biri – “China Mobile”, “China Unicom”, “China Telecom”dan 5G tarifi olmalıdır. Həmçinin saytlara giriş əldə etmək istəyənlər işəgötürən haqqında məlumat təqdim etməlidirlər. Haynan Beynəlxalq Kompleks Məlumat Xidmətləri Mərkəzinin (HIDCSC) əməkdaşının sözlərinə görə, müraciətin təsdiqlənməsi prosesi beş aya qədər çəkə bilər.

Oxşar xəbərlər

Çində 5G baza stansiyalarının sayı 3,92 milyona çatıb
ABŞ-nin poçt xidməti Çindən bağlamaların qəbulunu dayandırıb
Çində 10G şəbəkəsi işə salınıb
Azərbaycan Çində keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcək
Çin yeni gizli silahın son sınaqlarını keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər