"Azercell" ödəniş kartlarının istifadə müddətini dəyişib
1 iyul tarixində "Azercell" ödəniş kartlarının istifadə müddəti ilə bağlı dəyişikliklər edəcək.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bu tarixdən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq istifadə müddəti aşağıdakı kimi tətbiq ediləcək:
| Kartın nominalı (AZN ilə) | İstifadə müddəti (təqvim günü) |
| 1 | 1 |
| 2 | 2 |
| 3 | 3 |
| 5 | 5 |
| 10 | 10 |
| 25 | 25 |
| 50 | 50 |
| 100 | 50 |
Bütün nominalı (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) ödəniş (danışıq) kartlarında yeni ödəniş kartının yükləmə müddəti ödəniş kartlarının nominalından asılı olaraq müəyyən edilən kartın istifadə müddəti +90 gün kimi saxlanılır. Beləliklə də, abunəçi bu müddət ərzində yeni ödəniş kartı yüklədiyi istifadə imkanını yeni müddətə artırmaqla, eyni zamanda həmçinin həmin yeni müddət bitənədək həm daha əvvəl yüklənmiş və istifadə edilmiş məbləğlərdən, həm də yeni yüklədiyi ödəniş kartının məbləğindən istifadə imkanına malik olacaq.
Göstərilənlərə əlavə olaraq, fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin balansına elektron ödəniş üsulları ilə sərbəst seçilən nominalda pul vəsaitinin yüklənməsi imkanı təmin edilir. Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan 1 AZN, 2 AZN, 3 AZN, 5 AZN, 10 AZN nominaların əvəzinə, elektron ödəniş üsulları vasitəsi ilə həyata keçirilən ödənişlərə görə aşağıdakı cədvəldə göstərilən aralıqda məbləğlər və müvafiq istifadə müddətləri təyin edilir:
| Ödəniş məbləğinin aralığı | İstifadə müddəti (təqvim günü) |
| 1 AZN-dan – 1.99 AZN-dək | 1 |
| 2 AZN-dan – 2.99 AZN-dək | 2 |
| 3 AZN-dan – 4.99 AZN-dək | 3 |
| 5 AZN-dan – 9.99 AZN-dək | 5 |
| 10 AZN-dan – 24.99 AZN-dək | 10 |
| 25 AZN-dan – 49.99 AZN-dək | 25 |
| 50 AZN-dan – 99.99 AZN-dək | 50 |
| 100 AZN + | 50 |
Elektron ödəniş üsulları vasitəsi ilə ödəniş üçün daxil edilən məbləğin minimal həddi 1 AZN təşkil edir.
Qeyd edək ki, bu vaxta qədər fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş 1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN nominallarının əvəzinə elektron ödəniş üsulları vasitəsi ilə həyata keçirilən ödənişlərə görə aşağıdakı cədvəldə göstərilən aralıqda məbləğlər və müvafiq istifadə müddətləri təyin edilirdi:

Oxşar xəbərlər
Azərbaycanda ödəniş kartlarının sayı 18.3 mln. ədədi ötüb
Azərbaycanda bank kartlarının sayı 19 milyona çatıb
Azərbaycanda nağdsız ödənişlərin həcmi 1,5 dəfə artıb - Rəqəmlər
Azərbaycanda bank kartlarının sayı 19 milyonu ötüb
Azərbaycanda ödəniş kartlarının sayı 20 mln. ədədi ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













