"Azərkosmos"un ixrac gəlirləri açıqlanıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) dünyanın 40 ölkəsinə 5,6 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
"Sizinxeber.az-Economics" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın may sayına istinadən xəbər verir.
Dörd ayda “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib. 2025-ci ilin aprel ayında isə “Azərkosmos” dünyanın 38 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,2 ABŞ milyon dolları ilə Lüksemburq, 255 min ABŞ dolları ilə Nigeriya, 238,6 min ABŞ dolları ilə Misir və 238,5 min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.
Oxşar xəbərlər
Ötən il Azərkosmos dünyanın 50 ölkəsinə xidmət ixrac edib
"Azərkosmos"un ixrac gəlirləri 15% azalıb
“Azərkosmos”un ixrac gəlirləri 4 %-dən çox azalıb
"Azərkosmos"un ixrac gəlirləri 3,5% azalıb
“Azərkosmos”un ixrac gəlirləri 7 %-ə yaxın azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 321-ə çatıb
-
SOCAR ilə "Gran Tierra Energy Inc." arasında saziş üzrə görülən işlər nəzərdən keçirilib
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğularaq ölüb
