Media texnologiyalarında beynəlxalq əməkdaşlığa doğru bir addım: JetCinema və SWIT şirkəti Bakıda görüşüb - FOTO
sizinxeber.az xəbər saytı

Media texnologiyalarında beynəlxalq əməkdaşlığa doğru bir addım: JetCinema və SWIT şirkəti Bakıda görüşüb - FOTO


Azərbaycanın aparıcı video prodakşn və rəqəmsal kommunikasiya agentliklərindən biri olan JetCinema, Çinin qabaqcıl media texnologiyaları istehsalçısı SWIT şirkətinin nümayəndələrini Bakıda qəbul etdi. Görüş hər iki tərəfin may ayında Dubayda keçirilən CABSAT 2025 sərgisində qurduğu əlaqələrin davamı olaraq baş tutdu.

APA-Economics” xəbər verir ki, 200+ layihə portfeli ilə Azərbaycanın media sektorunda kreativ prodakşn və rəqəmsal həllər üzrə ixtisaslaşan JetCinema son illər ərzində regional bazarda diqqətçəkən tərəfdaşlıqlara imza atmaqdadır. Bu baxımdan SWIT kimi peşəkar yayım avadanlıqları üzrə ixtisaslaşan beynəlxalq şirkətlə görüş, həm texnologiya transferi baxımından, həm də gələcək birgə təşəbbüslər üçün yeni imkanlar açır.

SWIT Electronics Co., Ltd., 2004-cü ildən etibarən yayım sənayesi üçün enerji sistemləri, monitorinq, işıqlandırma və simsiz həllər üzrə ixtisaslaşıb. Onların məhsulları bu gün dünyanın 70-dən çox ölkəsində yayım və kino sənayesində geniş istifadə olunur.

Bakıda keçirilən görüşdə tərəflər ilkin tanışlıq və qarşılıqlı texniki imkanların müzakirəsi ilə yanaşı, gələcək əməkdaşlığa dair ideyaları da paylaşdılar. Qonaqların JetCinema-nın ofisindəki yaradıcılıq və istehsalat mühiti ilə tanışlığı, dostyana mühitdə davam edən fikir mübadiləsi ilə müşayiət olundu.

Bu cür əlaqələrin Azərbaycanın media və yaradıcı sənaye sektoruna verə biləcəyi töhfə və perspektivlər JetCinema üçün daim diqqət mərkəzindədir. Şirkət gələcəkdə də beynəlxalq təcrübə və yerli imkanların sintezindən yaranan uğurlu əməkdaşlıqları dəstəkləməyə davam edəcək.

Oxşar xəbərlər

Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna verilən kreditləri azaldıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan biznesini dünyada tanıtmaq üçün NEW MEDIA və “AWE Consulting” arasında memorandum imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaxın günlərdə Azərbaycanın iqlim təşəbbüsləri BMT-nin Baş Assambleyasında irəli sürüləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“AzInTelecom” Kosmik Texnologiyalar Konfransında iştirak edir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər