Noyabrda Bakıda AQEM ölkələri üçün rəqəmsal transformasiya və innovasiyalar forumu keçiriləcək
Noyabrda Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üzvü olan dövlətlər üçün rəqəmsal transformasiya və innovasiyalar forumu keçiriləcək.
Bu barədə “Report“a müsahibəsində Birliyin baş katibi Kayrat Sarıbay bildirib.
Onun sözlərinə görə, tədbirin təşkilatçısı Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir.
K.Sarıbay vurğulayıb ki, özünü AQEM-in məsuliyyətli və təşəbbüskar üzvü kimi təsdiqləyən Azərbaycan birliyin inkişafına töhfə verir.
“Ölkə xüsusilə təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişafı sahəsində fəal şəkildə əlaqələndirici rol oynayır. Onun strateji coğrafi mövqeyini və Şərqlə Qərb, Şimalla Cənub arasında müasir tranzit-logistika qovşağının formalaşdırılması istiqamətindəki səylərini nəzərə alaraq, Azərbaycanın regional qarşılıqlı əlaqələrin və nəqliyyat inteqrasiyasının gücləndirilməsinə töhfəsi qitələrarası əhəmiyyət kəsb edir”, - baş katib qeyd edib.
O deyib ki, bu istiqamətdə konkret addımlardan biri kimi Azərbaycan 2025-2027-ci illər üçün təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişafı sahəsində etimad tədbirlərinin həyata keçirilməsi üzrə yenilənmiş konsepsiya təqdim edib və o, hazırda üzv dövlətlər tərəfindən baxılma mərhələsindədir. Bu sənəd bütün Asiyanın nəqliyyat arxitekturasının gücləndirilməsi üçün istiqamətləri müəyyən edir və daha əvvəl 2022-2023-cü illər üçün oxşar konsepsiya təqdim etmiş Azərbaycanın səylərinin davamıdır.
Baş katibin sözlərinə görə, Bakıda həmçinin AQEM-ə üzv ölkələrin aparıcı limanlarının rəhbərlərinin görüşünün keçirilməsi planlaşdırılır. Bu, dəniz logistikası, infrastruktur inteqrasiyası və dayanıqlı ticarət marşrutları məsələləri üzrə dialoqu dərinləşdirmək üçün əlavə platformanın yaradılmasına imkan verəcək.
"Beləliklə, Azərbaycanın AQEM-dəki rolu bu gün geniş tematik istiqamət, dərinlik və əməli yönümlülüklə xarakterizə olunur”, - K.Sarıbay əlavə edib.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Azərbaycanda rəqəmsal transformasiya və innovasiyalar üzrə forum keçiriləcək
Baş katib: "AQEM ölkələri nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılmasını müzakirə etmək istəyir"
AQEM-in Baş katibi Azərbaycanın sədrliyi çərçivəsində planlaşdırılan tədbirləri açıqlayıb
Kayrat Sarıbay: “Azərbaycan AQEM çərçivəsində Qadınlar Şurasının yaradılmasını istəyir”
Kayrat Sarıbay: “AQEM Azərbaycanın sədrliyi ilə dayanıqlı inkişaf trayektoriyasına daxil olacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 321-ə çatıb
-
"Azərkosmos"un ixrac gəlirləri 55 %-dən çox artıb
-
Azərbaycanın minifutbol millisi Avropa çempionatının 1/4 finalında bu gün Çexiya ilə qarşılaşacaq
-
TotalEnergies: “Abşeron”da əlavə quyuların qazılması imkanlarını qiymətləndiririk
-
Qordon Birrel: "AÇG blokunda sərbəst təbii qaz ehtiyatları iki zonada aşkarlanıb"
-
ABŞ və Britaniya əsgərləri İraq Kürdüstanında hərbi təlimlər zamanı həlak olublar
