“Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olunub
“Nar”ın dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq “B4B: Business for Business” adlı kitab nəşr olunub və bir sıra ali təhsil müəssisələrində tələbələrə təqdim edilib. Kitab müasir biznesin idarə olunmasına dair praktik yanaşmalar, strateji planlaşdırma və innovativ inkişaf yollarını əhatə edir. Müəlliflər Abbas Abbasov və Vladimir Klimov nüfuzlu Stokholm İqtisadiyyat Məktəbinin məzunlarıdır. Kitabda təqdim edilən ideyalar da məhz bu ali məktəbdə aparılmış tədqiqat və təcrübələrə əsaslanır.
Kitabın təqdimatları Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Bakı Mühəndislik Universitetində keçirilib. Görüşlərdə iqtisadiyyat və biznesin idarə edilməsi fakültələrinin 200-ə yaxın tələbə və müəllimi iştirak edib. Müəlliflər oxucularla birbaşa ünsiyyət quraraq nəşrin əsas ideyalarını və onların praktik tətbiq imkanlarını müzakirə ediblər.
“B4B” və ya “Business for Business” müasir idarəetmə konsepsiyası kimi şirkətin işgüzar tərəfdaşları ilə sıx əməkdaşlığa, innovasiyalar üzərində birgə fəaliyyətə və nəticədə daha davamlı və sürətli inkişafa əsaslanır. Bu yanaşma kitabda “Toyota”, “Procter & Gamble”, “Coca-Cola”, “IKEA” və digər dünyaca məşhur şirkətlərin nümunələri əsasında aydın və praktik şəkildə izah olunur. Nəşr sahibkarlar, menecerlər və biznesə yeni başlayanlar üçün dəyərli bir bələdçi rolunu oynayır.
“Nar”ın bu təşəbbüsə dəstəyi şirkətin maarifləndirmə və gənclərin inkişafına yönəlmiş sosial məsuliyyət strategiyasının davamıdır. Mobil operator gənclərin bilik və bacarıqlarının artırılmasına xidmət edən layihələrə daim önəm verir.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Oxşar xəbərlər
47 əcnəbi tələbə Azərbaycanda təhsil alacaq
FIBAA-nın akkreditasiya sertifikatları UNEC-ə təqdim olunub
Azərbaycan nəşrləri XXI Beynəlxalq “Kitab sənəti” müsabiqəsində qalib olub
UNEC-də 8 ixtisas üzrə keçid balı 600-dən yüksək olub
2025-ci il “UNEC İnklüziv Təhsil İli” elan olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 321-ə çatıb
-
"Azərkosmos"un ixrac gəlirləri 55 %-dən çox artıb
-
Azərbaycanın minifutbol millisi Avropa çempionatının 1/4 finalında bu gün Çexiya ilə qarşılaşacaq
-
TotalEnergies: “Abşeron”da əlavə quyuların qazılması imkanlarını qiymətləndiririk
-
Qordon Birrel: "AÇG blokunda sərbəst təbii qaz ehtiyatları iki zonada aşkarlanıb"
-
ABŞ və Britaniya əsgərləri İraq Kürdüstanında hərbi təlimlər zamanı həlak olublar
