Azərbaycan apreldə genişzolaqlı internetin orta sürətinə görə irəliləyib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
may
2025
14:30

Azərbaycan apreldə genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

16 may, 2025
14:30
505

Azərbaycan apreldə genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

Bu ilin aprel ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (76,87 MB/S) görə mart ayına nisbətən 5 pillə irəliləyərək 155 ölkə arasında 86-cı olub.

"Sizinxeber.az” “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (39,24 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 96 % artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur 368,5 MB/S), axırıncı yeri isə Suriya (3,2 MB/S) tutub.

Azərbaycan apreldə mobil internetin sürətinə görə isə mart ayına nisbətən 5 pillə geriləyərək 74,08 MB/S sürətlə 104 ölkə arasında 57-ci olub.

Mobil internetin sürətinə görə birinci yeri Qətər (521,52 MB/S), sonuncu yeri isə Boliviya (13,00 MB/S) tutub.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 1 pillə irəliləyərək 200 şəhər arasında 76,02 MB/S sürətlə 114-cü yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (355,24 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (2,27 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 3 pillə geriləyərək 90,57 MB/S sürətlə 150 şəhər arasında 83-cü olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (608,89 MB/S), sonuncu yeri La Paz (Boliviya) (9,42 MB/S) tutub.

Bizimlə əlaqə saxlayın