Bu il Azərbaycanda mobil operatorlar 390 mln. manat gəlir əldə edib
sizinxeber.az xəbər saytı

Bu il Azərbaycanda mobil operatorlar 390 mln. manat gəlir əldə edib


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr 1122,3 milyon manat dəyərində xidmət göstərib.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8% çoxdur.

Dövr ərzində göstərilən xidmətlərin 74,6%-i əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 34,7%-i və ya 388,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Oxşar xəbərlər

Mobil operatorlar yeddi ayda 700 mln. manata yaxın gəlir əldə ediblər
Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri 8% artıb
Ötən il mobil operatorlar 1.2 mlrd. manatdan çox gəlir əldə ediblər
Mobil operatorların gəlirləri 1 mlrd. manatı ötüb
Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 13% artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle