“Toshiba": Azərbaycanlılar yeni və rəqəmsal texnologiyalara kifayət qədər bələddir
Azərbaycan xalqı yeni və rəqəmsal texnologiyalara kifayət qədər bələddir.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Avropa və MDB Poçt Liderlərinin Forumunda Yaponiyanın “Toshiba Corporation” şirkətinin Beynəlxalq biznesin inkişafı, təhlükəsizlik və avtomatlaşdırma sistemləri departamentinin vitse-prezident müavini Yuçiro İsibaşi (Yuuichiro Ishibashi) bildirib.
“Azərbaycan hökuməti rəqəmsallaşma və rəqəmsal iqtisadiyyatla bağlı strateji sənədlər hazırlayıb. Məsələn, dövlət xidmətləri rəqəmsal platformalar üzərindən təqdim olunur ki, insanlar bu tətbiqlər vasitəsilə xidmətlərə asanlıqla çıxış əldə edə bilsinlər. Bu, çox mühüm bir addımdır", - deyə qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan poçtu – ölkənin milli poçt operatoru olaraq – zəngin tarixi irsə və konkret bir biznes modelinə malikdir: "Lakin bu baza üzərində qurulan fəaliyyətini yalnız ənənəvi poçt xidmətləri ilə məhdudlaşdırmır, beynəlxalq e-ticarət platformaları ilə əməkdaşlıq edərək çatdırılma xidmətlərini inkişaf etdirməyə çalışır. Həmçinin Azərbaycan poçtu yeni və rəqəmsal texnologiyaların tətbiqində maraqlıdır və bu sahədə müsbət yanaşma sərgiləyir. Ümumilikdə isə bu gün Azərbaycan çox sürətlə inkişaf edir. Azərbaycanda yeni texnologiyalara maraq, xidmətlərin və həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlik müsbət yanaşma müşahidə olunur”.
Oxşar xəbərlər
Toshiba: Azərbaycan poçtu yeni və rəqəmsal texnologiyaların tətbiqində maraqlıdır
ÜPİ: Poçt sahəsində rəqəmsal dövrə keçid üçün beynəlxalq əməkdaşlıq vacibdir
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 321-ə çatıb
-
"Azərkosmos"un ixrac gəlirləri 55 %-dən çox artıb
-
Azərbaycanın minifutbol millisi Avropa çempionatının 1/4 finalında bu gün Çexiya ilə qarşılaşacaq
-
TotalEnergies: “Abşeron”da əlavə quyuların qazılması imkanlarını qiymətləndiririk
-
“Marsel” avrokuboklardan kənarlaşdırıla bilər
-
Qordon Birrel: "AÇG blokunda sərbəst təbii qaz ehtiyatları iki zonada aşkarlanıb"
