Azərbaycan və Gürcüstan poçt sahəsində əməkdaşlığı müzakirə edib
Bakıda keçirilən “Poçt Liderləri Forumu” çərçivəsində ümumi müzakirələrlə yanaşı ikitərəfli görüşlər də təşkil olunur, fikir mübadiləsi aparılır.
Bu barədə “APA-Economics”ə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC-dən bildirilib.
Məlumata görə, belə görüşlərdən biri də “Azərpoçt” və Gürcüstan Poçtu arasında baş tutub. Görüşdə iştirak edən “Azərpoçt”un İdarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev, İdarə heyətinin üzvü Xəyyam Əli-zadə və Gürcüstan Poçtunun Baş direktoru Levan Chikvaidze və Beynəlxalq əlaqələr ofisinin rəhbəri Nugzar Bregvadzearasında iki ölkə arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə olunub: belə ki, gələcəyə doğru elektron kommersiya bağlamaların çatdırılması üzrə təcrübələrin və çeşidləmə proseslərində yeniliklərin tətbiqi imkanlarının araşdırılması, eləcə də Azərbaycan və Gürcüstan arasında poçt vasitəsilə pulköçürmələrinin həyata keçirilməsi ilə bağlı yeni əməkdaşlıqların qurulmasının vacibliyi vurğulanıb və gələcəyə doğru yeni görüşlər haqqında razılığa gəlinib.
Qeyd edək ki, Bakıda “Poçt Liderləri Forumu” Ümumdünya Poçt İttifaqının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt”un dəstəyi ilə keçirilir.
Oxşar xəbərlər
"Azərpoçt" ötən ilin yekunlarına dair brifinq keçirib
Bakıya gətirilən bəzi taksilərdə POS-terminallar quraşdırılıb
ADY və “Özbəkistan Dəmir Yolları” Avrasiya Nəqliyyat Marşrutunun potensialını müzakirə edib
Azərbaycan Gürcüstanla poçt əməkdaşlığını genişləndirir
XI Qlobal Bakı Forumu başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













