Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
sizinxeber.az xəbər saytı

Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək


Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 23 may 2025-ci il tarixində saat 09:30-da Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Goranboy, Xocalı rayonları və Naftalan şəhərinin sakinlərini qəbul edəcək.

Bu barədə "Sizinxeber.az-Economics"ə Nazirlikdən bildirilib.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula 22 may 2025-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda may ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Oxşar xəbərlər

Rəşad Nəbiyev Saatlıda vətəndaşları qəbul edəcək
Rəşad Nəbiyev Samuxda vətəndaşları qəbul edəcək
Rəşad Nəbiyev Bərdədə vətəndaşları qəbul edəcək
Rəşad Nəbiyev Qusarda vətəndaşları qəbul edəcək
Rəşad Nəbiyev Kürdəmirdə vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle