ETX: Saxta e-poçtlarla kiberhücumlar edilir
Kiberdələduzlar “Google Sites” platformasından və e-poçtların doğruluğunu təsdiqləmək üçün istifadə olunan “DKIM” imzalarını sui-istifadə edərək “[email protected]” ünvanından gələn və rəsmi e-poçt kimi görünən saxta məktublar göndərirlər.
“Report” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Bildirilir ki, bu səbəbdən, mesajlar ilk baxışdan təhlükəsiz görünür və çox vaxt elektron poçt sistemləri tərəfindən xəbərdarlıq işarəsi ilə işarələnmir. Göndərilən e-poçtlarda vətəndaşlara hüquq-mühafizə orqanlarından “Google” hesabları ilə bağlı araşdırma aparıldığı bildirilir. Məktubun içərisində yerləşdirilən keçid ("sites.google[.]com" domenində hazırlanmış) istifadəçiləri saxta “Google Dəstək” səhifəsinə yönləndirir. Burada istifadəçilərdən “sənəd yükləmək”, “işə baxmaq” və ya “sorğuya cavab vermək” adı altında hesab məlumatlarını (istifadəçi adı, şifrə və digər fərdi məlumatlar) daxil etmələri tələb olunur.
ETX bu cür e-poçtların rəsmi “Google” bildirişi olmadığına və məqsədin fərdi məlumatları ələ keçirməkdən ibarət olduğuna dair vətəndaşları xəbərdar edib.
Oxşar xəbərlər
Mobil telefonunuza saxta SMS-lər gələ bilər - Elektron Təhlükəsizlik Xidmətindən XƏBƏRDARLIQ
"Google" Rusiyada yeni hesabların yaradılmasını məhdudlaşdırıb
“Google” xəritələrində Meksika körfəzinin adı dəyişdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Mahir Emreli: "Yayda karyeramın ən vacib qərarlarından birini verəcəyəm"
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
-
İran ABŞ-nin təklifinə cavab verdi
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
