Ayaz Museyibov: “GIS-texnologiyaları işğaldan azad edilmiş ərazilərin bərpasında mühüm rol oynayır”
sizinxeber.az xəbər saytı

Ayaz Museyibov: “GIS-texnologiyaları işğaldan azad edilmiş ərazilərin bərpasında mühüm rol oynayır”


Geoinformasiya sistemlərinin (GIS) tətbiqinin geniş imkanları Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan əsaslı yenidənqurma işləri çərçivəsində açılır.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi icraçı direktorunun müavini Ayaz Museyibov "GIS-Tech Marathon 2025"in bağlanış və qaliblərin mükafatlandırılması mərasimində bildirib.

Onun sözlərinə görə, belə kadrlara yüksək tələbata baxmayaraq Azərbaycanda GIS sahəsində mütəxəssislərin çatışmazlığı hiss olunur: "Bu gün GIS-texnologiyaları fövqəladə halların və təbii resursların idarə edilməsində daha dəqiq və operativ qərarlar qəbul etməyə kömək edir. Onların tətbiqi ekologiyadan şəhərsalmaya qədər geniş sahələri əhatə edir. Azərbaycanda GIS həm dövlət layihələrində, həm də özəl sektorda aktiv şəkildə istifadə olunur".

A.Museyibov vurğulayıb ki, geoinformasiya sistemlərinin inkişafı, eləcə də tətbiqi ölkənin sosial-iqtisadi tərəqqisi və dayanıqlı idarəetmə modellərinin qurulması üçün strateji əhəmiyyət daşıyır: "GIS texnologiyası ekoloji monitorinq, nəqliyyat infrastrukturunun idarə edilməsi və şəhər planlaşdırılmasında əvəzsiz rol oynayır".

Oxşar xəbərlər

Vüsal Qasımlı özünə yeni müavin təyin edib
Firudin Tağıyev: "İşğaldan azad edilmiş ərazilərin potensialı şirin su ehtiyatlarımızı daha da əlçatan edir"
Çin şirkətləri azad olunmuş ərazilərə investisiya qoymağa dəvət edilib
"Yerin təkinin geoloji öyrənilməsinə dair Dövlət Proqramı" müzakirə edilib
Çində yanğın nəticəsində 22 nəfər həlak olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle