ETX: “Azərpoçt”un adından dələduzluq edilir
sizinxeber.az xəbər saytı

ETX: “Azərpoçt”un adından dələduzluq edilir


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus “Azərpoçt” MMC adından müxtəlif platformalar üzərindən dələduzluqlar edilir.

“Report” xəbər verir ki, bu barədə RİNN-nin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilir ki, elan platformalarında məhsul yerləşdirən vətəndaşlara müxtəlif nömrələr vasitəsilə mesajlar göndərilərək məhsulu almaq istəyi bildirilir: "Məhsulun ödənişini almaq üçün vətəndaşdan saxta keçidə daxil olaraq bank kartı və digər fərdi məlumatları daxil etmək tələb olunur".

ETX vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı qurum adından mesajlarla rastlaşdıqda, həmin məlumatı qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.

Oxşar xəbərlər

ETX: “Azərpoçt”un adından dələduzluq halları var
ETX: "Azərpoçt" adından dələduzluqlar edilir
Mobil telefonunuza saxta SMS-lər gələ bilər - Elektron Təhlükəsizlik Xidmətindən XƏBƏRDARLIQ
ETX: Heydər Əliyev Beynəlxalq Aeroportunun adından saxta kampaniyalar var
Xaricdən mal sifariş verənlərə XƏBƏRDARLIQ - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle