"Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi yekunlaşıb
Azercell, Elm və Təhsil Nazirliyi, eləcə də Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Azercell Cup 2025” proqramlaşdırma müsabiqəsinin ilk seçim turu uğurla başa çatıb.
Onlayn formatda keçirilən ilk mərhələdə 4000-ə yaxın 6-7-ci sinif şagirdi iştirak edib. Bunlardan 216-sı növbəti mərhələyə keçid hüququ qazanıb.
Seçim mərhələsinin nəticələri ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
https://azercellcup.org/competition/115/leaderboard
Müsabiqənin ikinci mərhələsi may ayının 3-ü, final isə iyun ayının 7-si baş tutacaq. Ən yüksək nəticə göstərən 30 iştirakçı üçün bu sahədə bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş xüsusi təlimlər təşkil olunacaq. Təlimlərdə fərqlənən məktəblilər gələcəkdə informatika fənni üzrə milli komandanın üzvü olmaq və ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, “Azercell Cup” müsabiqəsi 2021-ci ildən keçirilir və əsas məqsədi məktəblilərin rəqəmsal texnologiyalar, proqramlaşdırma, kompüter mühəndisliyi və informatika sahələrinə marağını artırmaq, onların elmi və şəxsi inkişafına töhfə verməkdir.
Oxşar xəbərlər
"AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir
Azercell Cup 2024 qalibləri beynəlxalq olimpiadalara hazırlaşırlar
“AZERCELL CUP” qaliblərinin mükafatlandırma tədbiri keçirilib
Azercell “Azərbaycan Biznes Keys Müsabiqəsi 2025”ə dəstək verir
Azercell-in dəstəyi ilə informatika fənni üzrə "Bahar Düşərgəsi" təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
-
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
-
Gündə dörd milyard dollar: ABŞ-nin Venesuela neftinə nəzarət üçün iddialı planı
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"












