Dunay Bədirxanov: “Azərkosmos” iqlim dəyişikliyi ilə mübarizədə regional və beynəlxalq əməkdaşlığa hazırdır”
İqlim dəyişikliyi ilə mübarizədə ümumi ambisiyaların real nəticələrə çevrilməsi üçün “Azərkosmos”regional və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığa hazırdır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) çıxışı zamanı deyib.
“Hazırkı sessiya iqlim dəyişikliyi ilə mübarizədə peyk texnologiyalarının rolunu müzakirə etmək baxımından çox önəmlidir. Kosmos adətən ilk ağla gələn həll vasitəsi olmasa da, əslində iqlim dəyişikliyi ilə mübarizədə mühüm alətdir. Biz kosmos vasitəsilə iqlimimiz barədə geniş və dərin məlumatlar əldə edə bilərik. Kosmik texnologiyalar bizə qlobal mənzərəni görməyə, dəyişiklikləri izləməyə və uyğunlaşma yollarını müəyyənləşdirməyə imkan verir”, - deyə o bildirib.
D.Bədirxanov qeyd edib ki, “Azərkosmos” artıq iki ildir ki, iqlim dəyişikliyi üzrə kosmik resurslara əsaslanan rəqəmsal platformanı ictimaiyyətə təqdim edir:”Bu platforma “Azersky” peykinin zəngin arxiv məlumatlarına əsaslanaraq hazırlanıb və Azərbaycanda bu istiqamətdə ilk belə ətraflı kosmik monitorinq sistemidir. Platforma quraqlıq, buzlaqların geri çəkilməsi, dəniz səviyyəsinin dəyişməsi, metan emissiyaları və torpağın şoranlaşması kimi əsas göstəricilər üzrə demək olar ki, real vaxt rejimində məlumat təqdim edir. Bu, tədqiqatçılar, siyasətçilər və ictimaiyyət üçün müxtəlif regionlarda və zaman kəsiyində iqlim tendensiyalarını izləməyə şərait yaradır”.
O əlavə edib ki, hazırda Xəzər dənizi su səviyyəsinin azalması, temperaturun və duzluluğun artması kimi ciddi ekoloji təhdidlərlə üz-üzədir: “Peyk monitorinqi bu dəyişiklikləri yüksək dəqiqliklə izləməyə imkan verir ki, bu da erkən xəbərdarlıq sistemlərinin qurulması və Xəzər kimi həssas ekosistemlərin qorunmasına yönəlmiş elmi əsaslı siyasətlərin hazırlanması baxımından son dərəcə vacibdir”.
Oxşar xəbərlər
Dunay Bədirxanov: “Region qlobal kosmos iqtisadiyyatına böyük töhfələr verə bilər”
COP29 çərçivəsində Kosmik Agentliklərin Rəhbərlərinin Sammiti keçiriləcək
“Azərkosmos”a müvəqqəti rəhbərlik Dunay Bədirxanova həvalə edilib
"Azərkosmos": Mərkəzi Avrasiya regional kosmik gücə çevrilə bilər
"Azərkosmos": Kosmik sahənin gətirdiyi faydalar daim nəzarətimizdədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
-
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
-
Gündə dörd milyard dollar: ABŞ-nin Venesuela neftinə nəzarət üçün iddialı planı
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"












