“Azərkosmos”: Geniş əhatəli regionlara yeni kosmik həllər təqdim etməyə çalışırıq
“Azərkosmos” geniş xidmət sahəsinə malik olduğu regionlara yeni həllər və məhsullar təqdim etməyə çalışır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) Satış departamentinin direktoru Sənan Həsənov Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) deyib.
“Biz hazırda Mərkəzi Asiya, Afrika və Yaxın Şərq regionlarına xidmət göstəririk. Bu bölgələrdə, xüsusilə dəniz üzərində və KU-diapazonunda xidmətlər təklif edirik. Yaxın gələcəkdə orbitə buraxılacaq yeni peykimiz, KU və əlavə KU diapazonlu həllərlə bu regionlarda mövqeyimizi daha da gücləndirəcək. “Azərkosmos”un əsas üstünlükləri çeviklik, müştəri dəstəyi və müştəriyönümlü yanaşmadır. Bu amillər xüsusilə qeyd olunan regionlarda böyük əhəmiyyət daşıyır”, - deyə o bildirib.
S.Həsənov əlavə edib ki, gələcək inkişaf üçün bazar tendensiyalarını yaxından izləyir və “Azərkosmos”un güclü mövqeyə sahib olduğu ölkə və regionlara innovativ həllər gətirməyə çalışırlar.
O, həmçinin vurğulayıb ki, regionlarda davamlı kosmik proqramların və layihələrin uğurla həyata keçirilməsi üçün daha çox dövlət investisiyasına ehtiyac var.
Oxşar xəbərlər
"Azərkosmos" Monakonun peyk operatoru ilə əməkdaşlığa başlayır
"Azərkosmos" Mozambikə kosmik bilik ixrac edib
"Azərkosmos": Mərkəzi Avrasiya regional kosmik gücə çevrilə bilər
“Azərkosmos”: Özəl şirkətlərdən açıq mənbələr üçün pulsuz məlumat tələb etmək mümkün deyil
"Azərkosmos" qlobal peyk operatoru “ABS” şirkəti ilə əməkdaşlığa başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
-
ABŞ Senatı ilk dəfə İrana qarşı hərbi əməliyyatlara son qoyulmasına səs verib
