“Azərkosmos”: Özəl şirkətlərdən açıq mənbələr üçün pulsuz məlumat tələb etmək mümkün deyil
“Azərkosmos” özəl şirkətlərdən açıq mənbələr üçün pulsuz məlumat təqdim etmələrini tələb edə bilməz.
“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) nümayəndəsi Aynurə Balakişiyeva Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) bildirib.
“Siyasətçilər həmişə qərarların qəbulunda məlumatların əlçatan olmasını istəyirlər. Lakin biz bu məlumatları özəl şirkətlərdən tələb edə bilmərik. Çünki onlar həmin peyklərə və əldə etdikləri məlumatlara ciddi sərmayələr qoyublar. Ona görə də bu məlumatların açıq şəkildə paylaşılması onların maraqları ilə ziddiyyət təşkil edə bilər. Bununla belə, hökumət qurumları və dövlət təşkilatları ilə əməkdaşlıq edərək siyasətlərin hazırlanması üçün birgə fəaliyyət imkanları mövcuddur. Bu cür tərəfdaşlıq davamlı həllərin formalaşmasına xidmət edir. Əgər biz bu əməkdaşlıqdan istifadə etməsək, mövcud müşahidə məlumatlarının potensialını da lazımi səviyyədə dəyərləndirə bilmərik”, - deyə A.Balakişiyeva bildirib.
O qeyd edib ki, dövlət qurumu olaraq “Azərkosmos” bu sahədə özəl şirkətlərlə əməkdaşlıqda balansı qorumağa çalışır:
“Bəs biz nə edirik? Dövlət qurumu kimi “Azərkosmos”, təhsil məqsədilə - gənc tələbələr, gənclər və peşəkarlar üçün - müxtəlif yarışmalar və layihələr çərçivəsində geniş şəkildə pulsuz məlumatlar təqdim edir. Bu, həm onların öz ekosistemlərini formalaşdırmasına, həm də siyasətlərin hazırlanmasında iştirak etmələrinə imkan yaradır. Həmin layihələr sonradan müxtəlif müsabiqələrdə təqdim olunur və iştirakçılar həm bizdən, həm də digər sponsor qurumlardan mükafatlar qazana bilirlər”.
A.Balakişiyeva vurğulayıb ki, yaxın zamanda fəaliyyətə başlayan Kosmik Akademiya da bu istiqamətdə atılan addımlardan biridir: “Burada biz gənc nəsli maarifləndirərək kosmosa, eləcə də coğrafi informasiya sistemlərinə (GİS) və Yer müşahidəsinə marağı artırmağa çalışırıq”.
Oxşar xəbərlər
“Azərkosmos” dövlət qurumlarına və biznesə proqnoz təhlilləri təqdim edəcək
"Azərkosmos": Mərkəzi Avrasiya regional kosmik gücə çevrilə bilər
BƏƏ rəsmisi: "Kosmik proqramların davamlı inkişafı üçün özəl sektorun rolu əsasdır"
"Azərkosmos" Monakonun peyk operatoru ilə əməkdaşlığa başlayır
Hərbi attaşelər "Azərkosmos"da olubar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
-
ABŞ Senatı ilk dəfə İrana qarşı hərbi əməliyyatlara son qoyulmasına səs verib
