“4iG Space”: Peyk görüntüləri bazarı müştəri tələblərini hələ qarşılamır
sizinxeber.az xəbər saytı

“4iG Space”: Peyk görüntüləri bazarı müştəri tələblərini hələ qarşılamır


Peyk görüntüləri bazarı sürətlə inkişaf etsə də, bu dinamika hələlik istifadəçilərin gözləntilərini tam ödəyə bilmir.

“Report” xəbər verir ki, bunu “4iG Space & Defence Technologies” şirkətinin baş geoməlumat mütəxəssisi Andraş Şik Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sənayenin diqqəti peyk sistemlərinin çoxluğuna deyil, əldə edilən məlumatların effektiv inteqrasiyasına yönəlməlidir:

“Hazırkı vəziyyət nə müştərilər, nə də qərarverici şəxslər üçün qənaətbəxşdir. Əsas üstünlük fərdi peyk sistemlərinə deyil, məlumatların rahat və funksional şəkildə birləşdirilməsinə verilməlidir”.

A. Şik qeyd edib ki, hazırda istifadəçilər müxtəlif peyk konstellasiyalarından görüntülərə çıxış imkanına malik olsalar da, bu müxtəliflik onların işini asanlaşdırmır:

“Müştərilər peyklərin texniki parametrlərinə deyil, sadəcə görüntülərin tez-tez yenilənməsi və konkret ərazilərin əhatə olunmasına maraq göstərirlər. Çıxış yolu isə sadə və istifadəçi yönümlü inteqrasiya sistemlərinin qurulmasıdır. Belə ki, istifadəçi müəyyən bir ərazi üzrə abunə yaradaraq həmin zonaya dair bütün yeni görüntülər haqqında avtomatik bildiriş ala bilməlidir. Məsələn, istifadəçi xəritədə bir əraziyə “seçim işarəsi”qoyur və bu bölgə üzrə yeni görüntü çəkildikdə ona dərhal xəbərdarlıq göndərilir”.

O əlavə edib ki, hazırda bazarda bu cür vahid baxış və inteqrasiya imkanları geniş şəkildə mövcud deyil:

“Müştərilər hər dəfə fərqli məlumat mənbələrini ayrı-ayrılıqda araşdırmağa məcbur qalırlar ki, bu da əlavə vaxt itkisinə və resurs sərfinə səbəb olur”.

Oxşar xəbərlər

İsrael Kehat: “Azərbaycana aid operativ peyk təsvirlərini əldə etmək mümkün deyil”
"Azərkosmos" Monakonun peyk operatoru ilə əməkdaşlığa başlayır
KİV: “Maxar Technologies” Ukraynanın peyk şəkillərinə çıxışını dayandırıb
Saməddin Əsədov: "Azərbaycanlı məktəblilərin hazırladığı peyk “Space X” ilə gələn il orbitə buraxılacaq" - YENİLƏNİB
Qazaxıstan Ayətrafı teleskoplu peyk üzərində çalışır - Türk dövlətlərini əməkdaşlığa çağırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər