İsrael Kehat: “Azərbaycana aid operativ peyk təsvirlərini əldə etmək mümkün deyil” » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
apr
2025
14:00

İsrael Kehat: “Azərbaycana aid operativ peyk təsvirlərini əldə etmək mümkün deyil”

25 apr, 2025
14:00
544

İsrael Kehat: “Azərbaycana aid operativ peyk təsvirlərini əldə etmək mümkün deyil”

Azərbaycana aid son günlərin yüksəkkeyfiyyətli peyk görüntülərini əldə etmək faktiki olaraq mümkün deyil.

“Sizinxeber.az” xəbər verir ki, bunu peyk təsvirləri sahəsində fəaliyyət göstərən “SkyCues – EarthToDate” şirkətinin baş texnoloji direktoru (CTO) İsrael Kehat Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) çıxışı zamanı bildirib.

“Hazırda Azərbaycandayıq və əgər bu ölkənin son günlərə aid keyfiyyətli peyk təsvirlərini almaq istəsəniz, tapa bilməzsiniz. Belə məlumat mövcud deyil. Harasa müraciət edib onu əldə etmək imkanı yoxdur”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, bu problem yalnız Azərbaycana deyil, dünyanın bir çox ölkələrinə aiddir.

“İstər kənd təsərrüfatı, istər meşə təsərrüfatı, istərsə də təbii fəlakətlərin və ya qeyri-qanuni tikintilərin monitorinqi üçün ilk növbədə operativ və düzgün məlumat vacibdir. Süni intellekt, maşın öyrənməsi və insan resurslarının tətbiqi yalnız məlumat olduqda mümkündür. Problem isə ondan ibarətdir ki, bu məlumatlar əksər hallarda mövcud deyil”, – deyə Kehat vurğulayıb.

O əlavə edib ki, hazırda dünyada istifadə olunan peyk məlumat bazaları yalnız məhdud hallarda yenilənir və bu da istifadədə ciddi çətinliklər yaradır:

“Biz Hindistanda keçirilən tenderlərdə iştirak edirik və bizdən, məsələn, meşə təsərrüfatı üçün ildə bir dəfə peyk görüntüsü tələb olunur. Bu, başadüşüləndir. Amma hər ay və ya eyni fəsildə çəkilmiş görüntüləri əldə etmək istəsəniz, bu mümkün deyil”.

İ.Kehat onu da qeyd edib ki, hal-hazırda ən çox istifadə edilən təsvirlər RGB (rəngli) formatındadır: “Multispektral görüntülər isə əsasən kənd təsərrüfatı və iqlim elmlərində istifadə olunur və tətbiq sahəsi hələlik məhduddur”.

Bizimlə əlaqə saxlayın