Qazaxıstan Ayətrafı teleskoplu peyk üzərində çalışır - Türk dövlətlərini əməkdaşlığa çağırır
Qazaxıstan hazırda Ay ətrafı tədqiqatlar üçün nəzərdə tutulan teleskoplu peyk layihəsi üzərində işləyir və bu sahədə beynəlxalq əməkdaşlığa, xüsusilə türk dövlətləri ilə birgə fəaliyyətə açıqdır.
“Sizinxeber.az” xəbər verir ki, bunu “Ghalam Kazakhstan” şirkətinin layihə direktoru Berik Jhumazhanov Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransı (STC2025) çərçivəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ay tədqiqatları Qazaxıstan üçün prioritet istiqamətlərdən biridir:
“Hazırda teleskoplu peyk layihəsi üzərində işə başlamışıq. Eyni zamanda, cari 12U CubeSat peyk layihəsində RGB spektral diapazonunda optik faydalı yük hazırlanıb. Növbəti mərhələdə isə qısa dalğalı infraqırmızı diapazonda faydalı yük hazırlanacaq”.
B. Jhumazhanov vurğulayıb ki, peyk təsvirlərinin emalında süni intellekt və maşın öyrənməsi texnologiyalarından istifadə edilir və yaxın illərdə yüksək ayırdetməli radar peyklərindən ibarət peyk qruplaşmasının yaradılması nəzərdə tutulur.
“Bu peyk qruplaşmasına digər regionlardan olan ölkələr də öz peyklərilə qoşula bilərlər. Bütün türk dövlətlərini bu təşəbbüsə qoşulmağa dəvət edirik”, - deyə o əlavə edib.
Şirkət rəsmisi bildirib ki, birgə peyk layihəsi türk dövlətləri arasında texnoloji əməkdaşlığın möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
“Hazırda bütün texnologiyaları birləşdirən 12U CubeSat üzərində çalışırıq. Ötən il bu peykin türk dövlətlərinin birgə layihəsinə çevrilməsi təşəbbüsü ilə çıxış etdik. Artıq müvafiq nazirliklər arasında memorandum imzalanıb və bu əməkdaşlıq üçün yeni imkanlar açır”, - deyə B.Jhumazhanov qeyd edib.
O əlavə edib ki, artıq Özbəkistanın Kosmik Agentliyi - “ÖzbəkKosmos” bu peykə öz mühərrik sistemini inteqrasiya etmək niyyətindədir və texniki danışıqlar hazırda davam edir.
Oxşar xəbərlər
"Azərkosmos" Monakonun peyk operatoru ilə əməkdaşlığa başlayır
Çinin avtomobil nəhəngi öz peyk şəbəkəsini yaradır
Azərbaycan İsrailin peyk texnologiyasına maraq göstərir
"Azərkosmos": Metan qazının təsirini öyrənməkdə peyk görüntüləri vacib rol oynayır
Azərbaycanlı mühəndislər ən yüksək tələblərə uyğun kosmik peyk hazırlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
-
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
-
Gündə dörd milyard dollar: ABŞ-nin Venesuela neftinə nəzarət üçün iddialı planı
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"












