Bülent Avenoğlu: “Türkiyə dərin kosmos missiyalarına start verib”
Türkiyə dərin kosmos missiyalarına start verib.
“Sizinxeber.az” xəbər verir ki, bunu Türkiyənin aparıcı kosmik texnologiyalar institutu olan “TÜBİTAK UZAY”ın direktor müavini Bülent Avenoğlu Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) çıxışı zamanı bildirib.
“Türkiyənin kosmik imkanlarının inkişaf yolunu paylaşmaq bizim üçün xoşdur. “TÜBİTAK UZAY” fəaliyyətinə uzun illər əvvəl peyk texnologiyaları ilə başlayıb. LEO və GEO orbitlərinə yerləşdirilən bir çox peyk hazırlamışıq. Bu gün isə artıq dərin kosmos missiyalarına da başlamışıq”, - deyə o qeyd edib.
B. Avenoğlunun sözlərinə görə, Yer müşahidə və telekommunikasiya peykləri, onların alt sistemləri - telekommunikasiya avadanlıqları, enerji sistemləri, bort və uçuş kompüterləri, eləcə də uçuş proqram təminatları institut tərəfindən tam müstəqil şəkildə hazırlanır:
“Bundan əlavə, optik yük avadanlıqları sahəsində də işlər aparırıq. Görüntü layihəsi çərçivəsində elektro-optik kamera hazırlamışıq. Uzaqdan zondlama və görüntü emalı sahəsində də texnoloji imkanlarımız genişdir”.
O bildirib ki, institut kosmik obyektlərin idarə olunması üzrə də ciddi təcrübəyə malikdir:
“Hazırda peyklərin idarə olunmasını həyata keçirə bilirik, yer stansiyaları və anten sistemlərimiz mövcuddur. Hazırda Türkiyənin dərin kosmos missiyasında fəal iştirak edirik”.
Oxşar xəbərlər
Nazir müavini: “Kosmos ölkələrarası əlaqələrin inkişafında körpü olub”
"Azərkosmos" və "Türksat" Anlaşma Memorandumu imzalayıb
"Azərkosmos": Mərkəzi Avrasiya regional kosmik gücə çevrilə bilər
ILRS Azərbaycan ilə kosmik sahədə əməkdaşlıq imkanlarını genişləndirə bilər
Aİ “Avropa kosmik qalxanı” yarada bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir












