Alper Gezeravcı: “Türk Dövlətləri 2035-ci ildə 1,8 trilyon dollara çatacaq kosmik ekosistemindən pay almalıdır”
Türk Dövlətləri sürətlə inkişaf edən qlobal kosmik sənayenin bir parçası olmalıdır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Türkiyənin ilk astronavtı Alper Gezeravcı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") Kosmik Akademiyasında keçirilən görüşdə bildirib.
“Mən, 1979-cu ildə anadan olmuşam. Həyatımda ilk dəfə interneti 1997-ci ildə bir tədqiqat qurumunun ofisində gördüm. O vaxtdan bəri internet cəmiyyətin ən gəncindən ən yaşlısına qədər hər kəs üçün gündəlik həyatın bir parçasına çevrildi. Necə ki, internetin inkişafına şahid olduq, eyni proses bu gün kosmosda baş verir. Amma unutmayaq ki, kosmosdakı inkişaf internet kimi yavaş olmayacaq – bu proses çox daha sürətlidir”, - deyə o qeyd edib.
A. Gezeravcı əlavə edib ki, 2024-cü ildə qlobal kosmik ekosistemin ümumi həcmi 630 milyard ABŞ dolları təşkil edib: “Proqnozlara əsasən, bu rəqəm 2035-ci ildə 1,8 trilyon dollara çatacaq”.
Onun sözlərinə görə, bu sahədə fəaliyyət göstərən ölkələrin sayı məhduddur: “Təsəvvür edin, əgər 2024-cü ildə bu bazarın 10 %-nə sahib olsaydıq, bu, təxminən 63 milyard dollarlıq bir pay demək olardı. Türk Dövlətləri olaraq bu qədər sürətlə böyüyən və strateji əhəmiyyətə malik sahədən kənarda qalmağımız mümkün deyil. Biz də bu inkişaf yolunun fəal iştirakçısı olmalıyıq”.
Oxşar xəbərlər
Türkiyənin azərbaycanlı astronavtı kosmosda missiyasını başa vurub - YENİLƏNİB
Türkiyənin ilk astronavtı: "Kosmik liman layihəsi üzərində iş gedir"
Ərdoğan Alper Gezeravcıya yeni vəzifə verdi
Türkiyəli astronavtın Yerə qayıdışı yenidən ertələnib
"Azərkosmos": Kosmik sahənin gətirdiyi faydalar daim nəzarətimizdədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir












