Azərbaycanda məsafədən zondlama texnologiyalarının tətbiqi təklif olunur
Məsafədən zondlama texnologiyaları sudan istifadənin optimallaşdırılmasında mühüm rol oynamağa başlayır.
“Report” xəbər verir ki, bunu Özbəkistanın Rəqəmsal Texnologiyalar Nazirliyi yanında Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyinin direktor müavini Muhiddin İbrahimov Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) bildirib.
"Hazırda demək olar ki, bütün dünyada, hökümətlır suyun uçotu üçün hidroloji stansiyalara malikdirlər. Onlar kanallardan gələn suyu ölçə bilirlər. Lakin hər bir ayrı sahədə suvarma sahəsi məsələsinə gəldikdə, burada problemimiz yaranır. Hər sahəyə sensor quraşdıra bilməzsiniz. Bu, milyardlarla dollar dəyərində bir layihəyə çevrilir. Hətta Niderland və digər inkişaf etmiş ölkələr belə bu yolla getməyiblər. Digər tərəfdən, nə qədər su istifadə olunduğunu bilməliyik, çünki su get-gedə azalır",-deyə o qeyd edib.
Mərkəzi Asiyada ən böyük problemin iqlim dəyişikliyi ilə əlaqədar olduğunu xatırladan M.İbrahimov su balansının azaldığını, suyun istifadə üsulunun ciddi problemə çevrildiyini diqqətə çatdırıb: "Bu problemlə üzləşərkən, su ehtiyatlarının bərpası və idarə olunması mühüm əhəmiyyət kəsb edir. Özbəkistanda suyun 90 %-i kənd təsərrüfatında istifadə olunur və rəsmi statistikaya görə, hazırda suyun 30-40 %-i israf olunur. Suyun istifadəsi optimallaşdırılmalıdır. Özbəskitanda məsafədən zondlama texnologiyalarından geniş istifadə olunur".
Oxşar xəbərlər
Bakıda Kosmik Texnologiyalar Konfransı keçirilir
Nazir müavini: “Kosmos ölkələrarası əlaqələrin inkişafında körpü olub”
Bakıda "yaşıl texnologiyalar"ın gəlir gətirmək yolları müzakirə olunur
ILRS Azərbaycan ilə kosmik sahədə əməkdaşlıq imkanlarını genişləndirə bilər
“Azərkosmos” və “STAR.VISION” Xəzərdə iqlim dəyişikliyinin təsirini araşdıran birgə layihəyə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azərkosmos"un ixrac gəlirləri 55 %-dən çox artıb
-
TotalEnergies: “Abşeron”da əlavə quyuların qazılması imkanlarını qiymətləndiririk
-
Qordon Birrel: "AÇG blokunda sərbəst təbii qaz ehtiyatları iki zonada aşkarlanıb"
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
DÇ-2026: Türkiyə millisinin heyəti açıqlanıb
-
ABŞ və Britaniya əsgərləri İraq Kürdüstanında hərbi təlimlər zamanı həlak olublar
