“Azərkosmos” və “STAR.VISION” Xəzərdə iqlim dəyişikliyinin təsirini araşdıran birgə layihəyə başlayıb
“Azərkosmos” və “STAR.VISION” Xəzər dənizində iqlim dəyişikliyinin təsirini araşdıran birgə tədqiqat layihəsinə start verib.
Bu barədə "Report"a Azərbaycan Kosmik Agentliyindən (“Azərkosmos”) məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində süni intellekt və məsafədən müşahidə texnologiyalarının imkanlarından istifadə edərək, dənizin son 20 ildəki vəziyyəti - su səviyyəsinin dəyişməsi, sahil eroziyası və ekosistem pozuntuları kimi göstəricilər üzrə araşdırmalar həyata keçirilir. Bu təşəbbüsə sahil və ekologiya sahəsində ixtisaslaşmış Çinin Ningbo Universiteti də dəstək verir.
Bu təşəbbüs Azərbaycan və Çin arasında innovativ texnologiyalarla ətraf mühitin qorunması istiqamətində, eləcə də kosmik texnologiyalar, süni intellekt və Yerin məsafədən müşahidəsi sahələrində davamlı əməkdaşlığın inkişafına təkan verir.
Oxşar xəbərlər
"Azərkosmos" Millətlər Birliyi Təşkilatı ilə əməkdaşlığa başlayıb
Qazaxıstan və Çin süni intellekt laboratoriyasının yaradılması üzrə layihəyə başlayacaq
"Azərkosmos" Türkiyə şirkəti ilə əməkdaşlıq edəcək
"Azərkosmos" Aqrar Sığorta Fondu ilə əməkdaşlığa başlayıb
"Azərkosmos": Metan qazının təsirini öyrənməkdə peyk görüntüləri vacib rol oynayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azərkosmos"un ixrac gəlirləri 55 %-dən çox artıb
-
TotalEnergies: “Abşeron”da əlavə quyuların qazılması imkanlarını qiymətləndiririk
-
DÇ-2026: Türkiyə millisinin heyəti açıqlanıb
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
Qordon Birrel: "AÇG blokunda sərbəst təbii qaz ehtiyatları iki zonada aşkarlanıb"
-
ABŞ və Britaniya əsgərləri İraq Kürdüstanında hərbi təlimlər zamanı həlak olublar
