Azərbaycan mobil internetin sürətinə görə irəliləyib
Bu ilin mart ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (73,60 MB/S) görə fevral ayına nisbətən bir pillə geriləyərək 154 ölkə arasında 91-ci olub.
"Report” “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (38,32 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 92 % artıb.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (357,52 MB/S), axırıncı yeri isə Suriya (3,21 MB/S) tutub.
Azərbaycan martda mobil internetin sürətinə görə isə fevral ayına nisbətən 3 pillə irəliləyərək 74,11 MB/S sürətlə 102 ölkə arasında 52-ci olub.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (543,29 MB/S), sonuncu yeri isə Boliviya (13,09 MB/S) tutub.
Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən öz yerini qoruyaraq 197 şəhər arasında 73,32 MB/S sürətlə 114-cü yerdə qərarlaşıb.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (355,02 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (2,14 MB/S) qərarlaşıb.
Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 2 pillə irəliləyərək 90,80 MB/S sürətlə 151 şəhər arasında 80-ci olub.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (618,53 MB/S), sonuncu yeri La Paz (Boliviya) (9,58 MB/S) tutub.
Oxşar xəbərlər
Azərbaycan oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Azərbaycan noyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Azərbaycan avqustda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Azərbaycan iyulda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













