Azərbaycan tələbələrinin ilk "cubesat" peyki kosmosa çıxarılacaq
Bu il Azərbaycan tələbələrinin ilk "cubesat" (kub formasında) peykinin kosmosa çıxarılması planlaşdırılır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin (“Azərkosmos”) Kosmik Akademiyasının rəhbəri İmran Muxtarov deyib.
Onun sözlərinə görə, akademiyanın cəmi 6 aydır fəaliyyət göstərməsinə baxmayaraq, artıq 8 beynəlxalq layihə icra olunur: "Mövcud fiziki akademiyamızın rəqəmsal forması yaradılır. Rəqəmsal Akademiyanın məqsədi türk dövlətlərindən olan tələbələri alimləri kosmik sahədə əməkdaşlığa cəlb etməkdir. Artıq Qazaxıstan, Özbəkistan, Türkiyə olmaqla tükr dövlərindən olan 21 universitetlə əlaqə qurmuşuq".
Hədəflərinin beynəlxalq kosmik təhsil məşvərət şurasına üzv olmaq olduğunu vurğulayan İ. Muxtarov artıq 3 fazalı müzakirələrin bitdiyini və onların indi uğurlu cavab gözlədiklərini diqqətə çatdırıb.
"632 elmi məqalə ilə bu il Avstraliyanın Sidney şəhərində keçiriləcək Astronavtika konqresində ölkəmiz ABŞ-dən sonra 2 yerə sahib olub. Türkiyə də daxil olmaqla bütün bu regionda kosmik akademiyalar mövcud deyil. Akademiyamızın məqsədi Azərbaycanın kosmik sənaye gücünü dünyaya təcrübə mübadiləsi ilə tanıtmaqdır", - deyə o qeyd edib.
Foto: Məhəmməd Ağayev
Oxşar xəbərlər
Azərbaycanlı mühəndislər ən yüksək tələblərə uyğun kosmik peyk hazırlayacaq
Saməddin Əsədov: "Kosmosa çıxışda gözlənilən artım tibb mövzularını daha da aktuallaşdırır"
COP29 çərçivəsində Kosmik Agentliklərin Rəhbərlərinin Sammiti keçiriləcək
Azərbaycanı 75-ci Beynəlxalq Astronavtika Konqresində 50-dən çox gənc təmsil edəcək
"Azərkosmos" Mozambikə kosmik bilik ixrac edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib
-
İngiltərə Kuboku: "Çelsi" növbəti mərhələdə












