"Azercell"in dəstəyi ilə informatika fənni üzrə "Bahar Düşərgəsi" təşkil olunub
Beynəlxalq olimpiadalara hazırlaşan məktəblilər intensiv təlimlərə qatıldılar
İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə 23-28 martda Şəmkir rayon Kimya-Biologiya təmayüllü liseyində "Bahar Düşərgəsi" təşkil olunub. "Azercell Telecom" MMC-nin dəstəyi ilə keçirilən layihənin əsas məqsədi məktəblilərin olimpiadalara hazırlıq səviyyəsini artırmaq, komanda ruhunu gücləndirmək və iştirakçılar arasında bilik mübadiləsini təşviq etməkdir.
İntensiv proqram çərçivəsində iştirakçılar hər gün beynəlxalq olimpiadaların formatına uyğun yarışlara qoşulublar. Sessiyalar zamanı təqdim olunan məsələlərin həlli izah edilib, yeni mövzular ətrafında müzakirələr aparılıb. Eyni zamanda, məktəblilər üçün sınaq imtahanları, intellektual oyunlar da təşkil olunub.
"Azercell" 2017-ci ildən etibarən Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində rəqəmsal savadlılığın inkişafına töhfə vermək məqsədilə gənc istedadların informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesinə dəstək verir. Bu illər ərzində həm paytaxt, həm də bölgə məktəblərinin şagirdləri müxtəlif yaş qrupları üzrə beynəlxalq proqramlaşdırma müsabiqələrində ümumilikdə 90 medal qazanaraq ölkəmizi uğurla təmsil ediblər.
Oxşar xəbərlər
Azercell-in dəstəyi ilə informatika fənni üzrə "Bahar Düşərgəsi" təşkil olunub
Azercell Cup 2024 qalibləri beynəlxalq olimpiadalara hazırlaşırlar
Azercell-in dəstəyi ilə daha bir “İnformatika Düşərgəsi” baş tutub
"Google" əməkdaşı məktəblilərimizə master klass keçdi
İnformatika üzrə olimpiadalara hazırlıq qruplarına seçmə imtahanlar keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TotalEnergies: “Abşeron”da əlavə quyuların qazılması imkanlarını qiymətləndiririk
-
DÇ-2026: Türkiyə millisinin heyəti açıqlanıb
-
ABŞ və Britaniya əsgərləri İraq Kürdüstanında hərbi təlimlər zamanı həlak olublar
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
Qordon Birrel: "AÇG blokunda sərbəst təbii qaz ehtiyatları iki zonada aşkarlanıb"
-
SOCAR beynəlxalq iştirakını genişləndirir və "upstream" layihələri üzrə strategiyasını transformasiya edir
