“Rəqəmsal məktəb” platformasına “SİMA İmza” ilə giriş təmin edilib
Azərbaycanda onlayn təhsil platforması olan “” fəaliyyətə başlayıb. İlkin mərhələdə Bakı məktəbləri üçün tətbiq edilən platformaya “digital.login” vahid giriş sistemi üzərindən “SİMA İmza” ilə giriş təmin edilib.
Platformada “Şagird”, “Valideyn”, “Müəllim” və “Məktəb rəhbəri” üçün fərdi kabinetlər mövcuddur. Bu da hər bir istifadəçi qrupunun ehtiyaclarına uyğun fərdi funksionallıq təqdim edir. Platformada şagirdlər dərslər və ev tapşırıqları ilə tanışolma, valideynlər övladlarının dərsləri ilə bağlı fəaliyyət və nəticələrinin izlənilməsi, müəllimlər elektron jurnal platformasına çıxış, məktəb rəhbərləri isə tədrisin effektivliyi, qiymətləndirmə və s. kimi imkanlar əldə edəcəklər.
“Rəqəmsal məktəb” platforması təhsil sistemində müasir texnologiyaların tətbiqi ilə yanaşı, tədris və idarəetmə proseslərini təkmilləşdirmək, həmçinin təhsildə şəffaflığı artırmaq məqsədi daşıyır.
SİMA yeni nəsil rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza” mobil tətbiqini yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir. Daha ətraflı məlumatı saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.
Oxşar xəbərlər
"Rəqəmsal məktəb" platforması istifadəyə verilib
Rəqəmsal məktəb platforması istifadəyə verilib
“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!
“SİMA İmza” herrac.gov.az portalına inteqrasiya edilib
“SİMA İmza” tətbiqinin yüklənmə sayı 3 milyonu ötdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
-
ABŞ milli kəşfiyyatının direktoru vəzifədən ayrılmazdan əvvəl səs-küylü təhqiqatları açıqlayacaq
-
"Euronews" Bakıda keçirilmiş WUF13-ün yekunlarına həsr olunmuş material hazırlayıb
