Qazaxıstan və Özbəkistan BƏƏ və Çində beynəlxalq İT mərkəzləri açacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
apr
2025
14:30
0
0
1 465
ff aaaaaaa

Qazaxıstan və Özbəkistan BƏƏ və Çində beynəlxalq İT mərkəzləri açacaq

01 apr, 2025
14:30
1 465

Qazaxıstan və Özbəkistan BƏƏ və Çində beynəlxalq İT mərkəzləri açacaq

Qazaxıstanın “Astana Hub” texnologiya parkı və “IT Park Uzbekistan” BƏƏ və Çində beynəlxalq mərkəzlər açacaq.

“Report” Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə “Astana Hub” məlumat yayıb.

Həmçinin şirkətlər 2030-cu ilə qədər 8 startap yaratmağı və informasiya texnologiyaları (İT) məhsullarının ixrac dəyərini 10 milyard ABŞ dollarına qədər artırmağı planlaşdırır.

"Biz Mərkəzi Asiyanın innovasiyalarının dünya arenasında dinamik şəkildə təşviqini təmin etmək üçün “IT Park Uzbekistan” ilə “Central Asian Innovation Hubs” ümumi brendi altında tərəfdaşlığı gücləndirmək niyyətindəyik. Bu il Çin və BƏƏ-də birgə hablar yaratmağı, həmçinin ən böyük beynəlxalq texnoloji platformalarda iştirak etməyi planlaşdırırıq", - “Astana Hub”ın baş direktoru Maqjan Madiyev bildirib.

“Astana Hub” və “IT Park Uzbekistan”ın təşəbbüsü ilə yaradılan “Central Asian Innovation Hubs” 2024-cü ildə beynəlxalq forumlarda 40-dan çox startap təqdim edib. Bu, regionun beynəlxalq arenada tanınmasına təkan verərək Mərkəzi Asiya startapları üçün yeni imkanlar açıb”, - məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul