Rəşad Nəbiyev Kürdəmirdə vətəndaşları qəbul edəcək
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 1 aprel 2025-ci il tarixində saat 11:00-da Kürdəmir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ucar, Zərdab, Ağsu və Kürdəmir rayonlarının sakinlərini qəbul edəcək.
"Sizinxeber.az-Economics" bu barədə Nazirliyə istinadən xəbər verir.
Məlumata görə, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula 31 mart 2025-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
Oxşar xəbərlər
Rəşad Nəbiyev Samuxda vətəndaşları qəbul edəcək
Rəşad Nəbiyev Saatlıda vətəndaşları qəbul edəcək
Rəşad Nəbiyev Masallıda vətəndaşları qəbul edəcək
Rəşad Nəbiyev Qusarda vətəndaşları qəbul edəcək
Rəşad Nəbiyev Bərdədə vətəndaşları qəbul edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













