Fariz Cəfərov: Azərbaycanın növbəti 5 il üçün "Rəqəmsal İqtisadiyyat Strategiyası"nı hazırlayırıq
sizinxeber.az xəbər saytı

Fariz Cəfərov: Azərbaycanın növbəti 5 il üçün "Rəqəmsal İqtisadiyyat Strategiyası"nı hazırlayırıq


"Azərbaycanın növbəti 5 il üçün "Rəqəmsal İqtisadiyyat Strategiyası"nı hazırlayırıq. Orada ümumilikdə 100-ə yaxın təşəbbüs nəzərdə tutulur".

Sizinxeber.az xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov XII Qlobal Bakı Forumu çərçivəsində təşkil olunan "Yeni Dünya üçün Yeni Texnologiyalar" panelində deyib.

"Mənim rəhbərlik etdiyim qurum unikal sistem yaradıb. Bu ayrı-ayrı qurumların telefon mərkəzlərində süni zəkanın tətbiqidir. Sistem zəngləri qəbul etdikdən sonra onları emal edir. Süni zəka texnologiyaları böyük istehsal müəssisələrinin işində, eləcə də dövlət xidmətlərinin göstərilməsi zamanı istifadə oluna bilər. Azərbaycanın növbəti 5 il üçün "Rəqəmsal İqtisadiyyat Strategiyası"nı hazırlayırıq. Orada ümumilikdə 100-ə yaxın təşəbbüs var. Eyni zamanda təhlükəsizlik bizim üçün olduqca vacibdir. Bu məqsədlə Azərbaycanda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaradılıb. Azərbaycan nəqliyyat sistemində də süni zəkaya əsaslana bilərik. Əsas olan süni intellektin imkanlarından doğru istifadə etməkdir. Süni zəka hökumətin işində, hesabatların hazırlanması, strategiyaların tərtib olunması və digər məsələlərin həllində istifadə oluna bilər".

Oxşar xəbərlər

Fariz Cəfərov: Süni intellektin nəqliyyat sektorunda tətbiqi ilə bağlı araşdırmalar aparırıq
BMT Baş katibinin köməkçisi: Süni zəka daha böyük problemləri həll edə bilər
Bernardo Mariano: BMT süni intellektin tətbiqini sürətləndirmək üçün imkanlarından istifadə etməlidir
BMT süni intellektdən istifadənin riskləri barədə xəbərdarlıq edib
Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanla bağlı uğurlar açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər