Azərbaycanda dövlət qeydiyyatından keçməmiş 4,5 min radioelektron vasitə aşkar edilib
Ötən il Azərbaycanda 10,2 min ədəd radioelektron vasitə (REV) qeydiyyata alınmaqla onların ümumi sayı 68,2 min ədəd təşkil edib.
Sizinxeber.az-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Aparılmış radiomonitorinq işləri zamanı dövlət qeydiyyatından keçməmiş 4462 ədəd müxtəlif növ REV aşkar edilib. Aşkarlanmış müxtəlif növ REV-dən 523 ədədi qeydiyyata salınmış, 1033 ədədi möhürlənmiş və ya istismardan çıxarılmış, 2906 ədədinin isə qeydiyyata salınması üçün müvafiq tədbirlər davam etdirilmiş, respublika ərazisində proqramların yayım vəziyyətinin və efirə müdaxilə hallarının araşdırılması məqsədilə (qonşu dövlətlərdən Gürcüstan, Rusiya, İran və Ermənistan ərazisindən yayımlanan TV və FM proqramlar da daxil olmaqla) televiziya və radioyayımı üzrə müvafiq tədbirlər görülmüşdür.
Oxşar xəbərlər
DGK: 549 900 ədəd saxta aksiz markası və nişanlar aşkar edilib
9 ayda Azərbaycanda tikilən evlərin sayı bəlli olub
Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən bir tondan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb
Ermənistanın Vardanyan və digərləri vasitəsilə separatçılara verdiyi silah və sursatın həcmi açıqlanıb
Ağdərədə silah-sursat aşkar edilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













