ETX: “Azərpoçt”un adından dələduzluq halları var
sizinxeber.az xəbər saytı

ETX: “Azərpoçt”un adından dələduzluq halları var


Son zamanlarda müxtəlif xarici nömrələr vasitəsilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin adından vətəndaşlara mesajlar göndərilərək ünvan məlumatlarının düzgün olmaması səbəbindən paketinin çatdırılmadığı və məlumatları yeniləmək üçün saxta keçidə daxil olmaları bildirilir.

"Report" xəbər verir ki, bu barədə nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilir ki, həmin keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün xüsusi bölmələr yaradılıb.

ETX vətəndaşlara naməlum mənbələrdən gələn mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.

Oxşar xəbərlər

Mobil telefonunuza saxta SMS-lər gələ bilər - Elektron Təhlükəsizlik Xidmətindən XƏBƏRDARLIQ
Xaricdən mal sifariş verənlərə XƏBƏRDARLIQ - VİDEO
ETX: "Azərpoçt" adından dələduzluqlar edilir
Dələduzlara aldanmayın: Vətəndaşlara saxta mesajlar göndərilir
ETX: Heydər Əliyev Beynəlxalq Aeroportunun adından saxta kampaniyalar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle