ITU Mərkəzi Avrasiyada startap ekosistemini inkişaf etdirir
sizinxeber.az xəbər saytı

ITU Mərkəzi Avrasiyada startap ekosistemini inkişaf etdirir


Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) Mərkəzi Avrasiya regionunda gənc innovatorları və texnoloji sahibkarlığı dəstəkləyərək startap ekosisteminin inkişafı üzərində işləyir.

Bu barədə "Report"a açıqlamasında ITU-nun MDB üzrə regional direktoru Natalya Moçu "Onlayn Azərbaycan" layihəsinin hesabat tədbirinin kluarında bildirib.

"Azərbaycanda biz İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq edirik. ITU qabaqcıl ideyaları və təşəbbüsləri birləşdirən qlobal İnnovasiyalar Alyansını idarə edir. Bu iş çərçivəsində biz gənc innovatorlara, xüsusilə universitet tələbələrinə ideyaları startaplara çevirmək, onları erkən mərhələlərdə inkişaf etdirmək və investorlara təqdim etməkdə kömək edirik. Müntəzəm olaraq Azərbaycan startaplarının qoşula biləcəyi mentor proqramları və pitçinq sessiyaları keçiririk", - N.Moçu qeyd edib.

O, həmçinin vurğulayıb ki, Azərbaycanın İnnovasiyalar Agentliyi bu yaxınlarda ITU İnnovasiyalar Alyansına qoşulub və bununla da dünya üzrə 13 innovasiya mərkəzindən birinə çevrilib: "Bu əməkdaşlıq təlimlər, startaplara dəstək və rəqəmsal sahibkarlığın inkişafına yönəlmiş tədbirlər də daxil olmaqla ITU-nun resurslarına və təcrübəsinə çıxış imkanı yaradır".

Oxşar xəbərlər

Natalya Moçu: “Azərbaycan İKT-də məlumat toplanmasını xeyli təkmilləşdirib”
ITU Azərbaycanı "Partner to Connect" qlobal təşəbbüsünə qoşulmağa dəvət edir
Azərbaycan İnnovasiya Mərkəzi açılıb
Bakıdakı ITU konfransında 194 ölkənin prioritetləri barədə bəyannamə qəbul ediləcək
BP Azərbaycanın startap ekosisteminə töhfə verir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər