Azərbaycanın internetin sürətinə görə beynəlxalq reytinqi açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın internetin sürətinə görə beynəlxalq reytinqi açıqlanıb


Azərbaycan orta internet sürətinə görə 2021-ci ildən sonra 154 ölkə arasında 30 pillə irəliləyərək 91-ci pilləyə yüksəlib.

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu “”Onlayn Azərbaycan” Rəqəmsallaşmada yeni mərhələ” adlı tədbirdə “Aztelekom” MMC-nin Baş direktor vəzifəsini icra edən Həsən Ömərov deyib.

O qeyd edib ki, ötən ilin mart ayına olan ən son məlumatlara əsasən, fiber-optik bağlantıların penetrasiya səviyyəsinə görə dünya ölkələri arasında Birləşmiş Ərəb Əmirlikləri 99,3 % yayılma dərəcəsi ilə birinci yerdə olub.

“İkinci yerdə 95-97% arası göstərici ilə Sinqapurdur. BMT-nin Elektron Hökumət İnkişaf İndeksində Azərbaycan 1 il ərzində 9 pillə irəliləyərək 193 ölkə arasında 74-cü yerə yüksəlib. Azərbaycan ölkə tarixində ən yüksək göstərici olan 0,76 xal toplayaraq ilk dəfə rəqəmsal idarəçilik reytinqində ən yüksək kateqoriyaya daxil olub”, - Həsən Ömərov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 2024-cü ilin sonuna qədər təqdim olunan internet sürəti 86 Mbps olub:

“Bundan əlavə, ölkədə orta internet sürəti 4 dəfə artaraq keçən ilin sonuna 66 Mbps-ə çatdırılıb”.

Oxşar xəbərlər

“Aztelekom”: Azərbaycan internetin orta sürətinə görə 30 pillə irəliləyib
Azərbaycan iyulda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Azərbaycan oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Azərbaycan avqustda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Azərbaycan noyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər