“Azərpoçt”a ötən il beynəlxalq pul köçürmələri vasitəsilə 314 milyon manat daxil olub
sizinxeber.az xəbər saytı

“Azərpoçt”a ötən il beynəlxalq pul köçürmələri vasitəsilə 314 milyon manat daxil olub


2024-cü ildə beynəlxalq pul köçürmələri vasitəsilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azərpoçt” MMC-nin poçt şöbələrinə 314,14 milyon manat vəsait daxil olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq şirkətdən bildirilib.

Hesabat dövründə “Azərpoçt”dan analoji sistemlər vasitəsilə xarici ölkələrə 122,64 milyon manat köçürülüb.

Ötən il ölkə üzrə daxilolmaların 20,6 %-i yəni 346,17 milyon manatı, ölkədaxili və ölkəxarici hesab açmadan köçürmələr üzrə isə 38,5 %-i yəni 203,7 milyon manatı “Azərpoçt”un payına düşüb.

Daxilolmaların əsas hissəsi (178 milyon manata yaxın) Rusiyadan olub. Növbəti yerləri 58,45 milyon manatla Türkiyə, 16,7 milyon manatla Gürcüstan, 13,44 milyon manatla İraq və 7 milyon manatla ABŞ tutub.

Azərbaycandan köçürmələr üzrə isə 47,83 milyon manatla Türkiyə birinci olub. İlk beşlikdə həmçinin 31,1 milyon manatla Gürcüstan, 20 milyon manatla Rusiya, 4,51 milyon manatla Qazaxıstan 3,23 milyon manatla Ukrayna qərarlaşıb.

Oxşar xəbərlər

Bu il beynəlxalq pul köçürmələri vasitəsilə “Azərpoçt”a 87 milyon manat daxil olub
“Azərpoçt”un balans kapitalı 15 % artıb
Azərbaycanda manatla geniş pul kütləsi 3 %-dən çox artıb
Azərbaycanda manatla geniş pul kütləsi 1 %-dən çox artıb
Azərbaycanda manatla geniş pul kütləsi 12 % yaxın artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər