sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azercell: "Asan İmza" fəaliyyətini bərpa edib
"Asan İmza"nın tam normal əsaslarla istifadə edilməsi imkanı təmin edilib.
Bu barədə "Sizinxeber.az-Economics"in sorğusuna cavab olaraq Azercell-dən bildirilib:
""Asan İmza" xidmətində bəzi əməliyyatların keçməsində müəyyən gecikmələr müşahidə olunurdu. Tərəfimizdən xidmətin fəaliyyətini təmin edən aidiyyəti qurumlar, tərəfdaş və xidmət təchizatçıları ilə dərhal əlaqə saxlanılıb. Görülmüş zəruri tədbirlər nəticəsində hazırda xidmətdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin edilmişdir" - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, bir neçə gündür ölkədə “Asan imza” sistemi ilə bağlı problemlər yaranmışdı.
Oxşar xəbərlər
"Asan İmza" sistemində problem yaranıb - RƏSMİ
Azercell: Masallıda şəbəkənin fəaliyyəti təmin edilib
Azercell: Masallıda abunəçilər çətinliklərlə qarşılaşa bilər
Bu il 560 mindən çox Asan İmza sertifikatı verilib
Azərbaycanda 7 ayda 372 min "ASAN İmza" sertifikatı verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













