Azercell 800-ə yaxın uşaq və valideyni rəqəmsal təhlükəsizlik qaydaları ilə tanış edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
fev
2025
14:50

Azercell 800-ə yaxın uşaq və valideyni rəqəmsal təhlükəsizlik qaydaları ilə tanış edib

25 fev, 2025
14:50
996

Azercell 800-ə yaxın uşaq və valideyni rəqəmsal təhlükəsizlik qaydaları ilə tanış edib

Lider mobil operator əhalinin rəqəmsal savadlılığının artırılmasına yönəlmiş təşəbbüslərini davam etdirir.

APA xəbər verir ki, uşaqların rəqəmsal mühitdə mövcud təhlükələrdən qorunması məqsədilə həyata keçirilən layihənin növbəti mərhələsində 700-ə yaxın məktəbli və 100-ə yaxın valideyn xüsusi təlimlərdə iştirak edib.

Bu etapda təlimlər Bakı, Sumqayıt, Quba, Xızı, Astara və Mingəçevirdə keçirilib. İnteraktiv dərslər zamanı şagird və valideynlər rəqəmsal təhlükəsizliyin əsas aspektləri ilə tanış olublar.

Mütəxəssislər tərəfindən təqdim edilən təlim proqramı virtual tanışlıqların təhlükələri, şəxsi məlumatların qorunması, onlayn fırıldaqçılıq, trollinq, kiberbullinq ilə mübarizə üsulları kimi bir çox vacib mövzuları əhatə edib.

Təlimlər beynəlxalq standartlara uyğun şəkildə “GİD CSR Consulting” tərəfindən sertifikatlaşdırılmış beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında keçirilib .

Qeyd edək ki, Azercell on ilə yaxındır ki internet təhlükəsizliyi mövzusunda maarifləndirmə layihələri təşkil edir.

Bizimlə əlaqə saxlayın