Dövlət orqanlarının internet informasiya resurslarından istifadəsinin statistikası açıqlanıb
sizinxeber.az xəbər saytı

Dövlət orqanlarının internet informasiya resurslarından istifadəsinin statistikası açıqlanıb


Ötən ay Azərbaycanda dövlət orqanlarının internet informasiya resurslarından istifadəsi zamanı 4 656 5000 URL əsaslı zərərverici bloklanıb.

Sizinxeber.az-Economics” bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.

Mərkəzləşdirilmiş antivirus sistemi ilə bloklanan zərərvericilərin sayı 337 000, “Sandboxing” yolu ilə bloklanan zərərvericilərin sayı isə 19 383 təşkil edib.

Yanvar ayında dövlət orqanlarının internet informasiya resursları üzrə 635 müraciət daxil olub ki, onlardan 594-ünün icrası təmin edilib. Ümumilikdə dövlət qurumlarına 58 auditin nəticəsi barədə rapor göndərilib. Ay ərzində dövlət orqanlarına məxsus 1 yeni domen, 19 yeni subdomen qeydiyyata alınıb. Ay ərzində ümumilikdə 142 kiberhücum indikatoru aşkar edilərək bloklanıb ki, onlardan 43-ü monitorinq nəticəsində aşkar edilib. Ötən ay dövlət qurumlarından Xidmətə daxil olan 99 kiberhücum indikatoru bloklanıb, 7-si isə “false positiv” olması səbəbindən imtina olunub.

Oxşar xəbərlər

Ötən il dövlət qurumlarının 857 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb
Azərbaycanda dövlət qurumlarına məxsus yeni domenlərin sayı 47 %-dən çox azalıb
Azərbaycanda dövlət qurumlarına məxsus yeni domenlərin sayı 28 % azalıb
Azərbaycanda dövlət qurumlarına verilən yeni domenlərin sayı 83 % azalıb
Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı internet informasiya ehtiyatı yaradılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər