ETX: "Azərpoçt" adından dələduzluqlar edilir
sizinxeber.az xəbər saytı

ETX: "Azərpoçt" adından dələduzluqlar edilir


Ani mesajlaşma tətbiqləri üzərindən Azərpoçt MMC-nin adından dələduzluqlar həyata keçirilir.

Bu barədə "Sizinxeber.az-Economics"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.

Belə ki, müxtəlif elan platformalarında məhsul paylaşan vətəndaşların nömrələrinə məhsulu almaq barədə mesajlar göndərilərək saxta keçidlərə yönləndirilir. Həmin keçidlər vasitəsilə məhsulun ödənişini almaq üçün vətəndaşlardan bank kartı və digər fərdi məlumatlarını daxil etmək tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı qurum adından kampaniya tipli məlumatlarla rastlaşdıqda həmin məlumatı qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.

Oxşar xəbərlər

Mobil telefonunuza saxta SMS-lər gələ bilər - Elektron Təhlükəsizlik Xidmətindən XƏBƏRDARLIQ
ETX: Heydər Əliyev Beynəlxalq Aeroportunun adından saxta kampaniyalar var
Elektron Təhlükəsizlik Xidməti: "Tik-Tok"da "Bakcell"in adından dələduzluq edilir
ETX teatr və sərgilər adından saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib
Azercell saxta paylaşımlarla bağlı abunəçilərinə müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle