“Azerspace-1” peykinin sığortalanması yeni şirkətə ötürülüb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") dəyəri 53 milyon ABŞ dolları olan “Azerspace-1” telekommunikasiya peykinin 2025-ci il üzrə orbitdə sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Qala Sığorta" ASC-dir.
Qalib şirkətə 1,377 milyon manat ödəniləcək.
Qeyd edək ki, 2024-cü ildə dəyəri 66,5 milyon ABŞ dolları, 2023-cü ildə isə dəyəri 80 milyon ABŞ dolları olan “Azerspace-1” peykinin sığortalanması üçün “PAŞA Sığorta" ASC cəlb edilmişdir. Bu xidmətlərin göstərilməsinə görə sığorta şirkətinə müvafiq olaraq 1 milyon 436,5 min manat və 946,5 min manat ödənilib.
"Azerspace-1” 2013-cü ildə yerətrafı orbitə buraxılıb. Onun istismar müddəti 17 ildir. Peyk rəqəmsal teleradio yayımı və internetə giriş xidmətləri təqdim edə, çoxxidmətli VSAT şəbəkələri yarada, məlumatları ötürə və hökumət rabitəsini təmin edə bilər. Onun əhatə dairəsi çox sayda bölgəni – Şərqi, Orta və Qərbi Afrikanı, Avropanı və Orta Asiyanı əhatə edir.
Oxşar xəbərlər
“Azerspace-1” sığortaçı seçir
"Azərkosmos" “Azerspace-2” peyki üçün sığortaçı seçib
"Azərkosmos" “Azerspace-2” peyki üçün sığortaçı seçir
"Azərkosmos" peyk xidmətlərini Botsvanada təqdim edəcək
Aqrar Sığorta Fondu sığortaçı seçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Oman sahillərində tanker atəşə tutulub
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
Yevlaxda baba və nəvəsini avtomobil vurub, ölən var
