Bakı regional tədbirə ev sahibliyi edəcək
sizinxeber.az xəbər saytı

Bakı regional tədbirə ev sahibliyi edəcək


Ümumdünya Poçt İttifaqı və “Azərpoçt” MMC-nin birgə təşəbbüsü ilə 28-30 yanvarda Bakıda Avropa və MDB regionu ölkələri üçün Nəqliyyat və Elektron Qabaqcıl Məlumatlar üzrə tədbirlər keçiriləcək.

Bu barədə "Sizinxeber.az-Economics"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Azərbaycanın poçt ekosistemində innovasiyaları təşviq etmək öhdəliyi ilə keçirilən tədbirlər poçt nəqliyyatı seminarı və Elektron Qabaqcıl Məlumatlar üzrə təlimi əhatə edəcək.

Tədbirlərin məqsədi Avropa və MDB-dən olan poçt operatorlarını bir yerə toplamaqla müasir poçt sistemindəki çətinlik və imkanları müzakirə etmək, Elektron Qabaqcıl Məlumatlar və nəqliyyat logistikası, poçt təhlükəsizliyi funksiyaları ilə bağlı poçt işinin təşkili haqqında bilikləri bölüşməkdir.

Elektron Qabaqcıl Məlumatlar üzrə təlimlər zamanı Elektron ticarətə strateji yanaşma, Gömrük bəyannaməsi və Beynəlxalq poçt sistemləri üzrə alətlərin istifadəsi və inteqrasiyasına dair sessiyalar təşkil olunacaq, iştirakçı ölkələrin poçt operatorlarının fərdi ehtiyacları üzrə ikitərəfli görüşlər keçiriləcək.

Eyni zamanda regional nəqliyyat seminarında nəqliyyatla bağlı regional və milli nəqliyyat göstəriciləri, İT alətləri, kağızsız daşımaya keçid və regional nəqliyyat qovşaqlarının yaradılması kimi vacib məsələlər müzakirə ediləcək.

Seminarın önəmli məqamlarından biri də poçt operatorları arasında dialoqu təşviq edən panel müzakirəsidir. Burada poçt konsolidasiyası və regional mərkəzlərin yaradılması üçün çətinliklərin həlli yolları araşdırılacaq.

Keçiriləcək tədbirlər poçt təşkilatlarını fəaliyyətin səmərəliliyini artırmaq məqsədilə zəruri alət və biliklərlə təmin etməklə yanaşı, regionda poçt operatorları arasında əməkdaşlığı təşviq etməyi hədəfləyir.

Oxşar xəbərlər

Yanvarın 1-dən elektron nəqliyyat qaiməsi ölkə üzrə yük daşımalara şamil ediləcək
Elektron Təhlükəsizlik Xidməti tərəfindən “AzerGold”da maarifləndirmə tədbiri təşkil olunub - FOTO
Səfir: Aİ Azərbaycanda su ehtiyatlarının səmərəli idarə edilməsinə kömək etməyə davam edəcək
Nazir müavini: Zəngəzur dəhlizi Avropa, Mərkəzi Asiya və Çin arasında ən qısa və təhlükəsiz tranzit marşrutu olacaq
Əli Əsədov ÜST-ün Avropa üzrə regional direktoru ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər