“Azərpoçt” MMC yeni “Mobil POS” xidmətini istifadəyə verib
sizinxeber.az xəbər saytı

“Azərpoçt” MMC yeni “Mobil POS” xidmətini istifadəyə verib


“Azərpoçt” MMC kiçik və orta sahibkarlar üçün vacib əhəmiyyət daşıyan “Mobil POS” xidmətini istifadəyə verib.

Bu barədə "Sizinxeber.az-Economics"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Təqdim olunan “Mobil POS” xidməti POS-terminalın fiziki şəkildə deyil, mobil tətbiq üzərindən istifadəsini təmin edir və bu kimi digər üstünlükləri ilə sahibkarların işini asanlaşdırır.

Belə ki, “Mobil POS” xidmətinə qoşulmanın ödənişsiz olması, depozit tələbinin olmaması, tətbiqin təhlükəsizliyi və eləcə də gündəlik qəbul edilən ödənişlərin gün sonunda sahibkarın cari hesabına və ya biznes kartına köçürülməsi kimi imkanlar xidmətin rahatlığından xəbər verir.

Ödəniş sistemlərinin təhlükəsizlik tələblərinə tam cavab verən tətbiq istənilən təmassız ödənişləri (Apple Pay, Google Pay, VISA və MasterCard kartları) dəstəkləyir.

Xidmətdən istifadə etmək üçün hüquqi şəxslər və fərdi sahibkarlar “Play Market”dən “AzMPos tətbiqini yükləyə bilərlər.

Qeyd edək ki, hesabın açılması ödənişsizdir. Eyni zamanda sahibkarlara əlavə olaraq bank kartı da hədiyyə edilir.

Oxşar xəbərlər

“Birbank” Ani Ödənişlər Sisteminə qoşulub
"Bakı kart"ın mobil tətbiqinin fəaliyyətinin bərpa olunacağı vaxt açıqlanıb
Filiala gəlmədən Yelo Mobil POS xidmətinə qoşulun
“AzInTelecom” MMC yeni “AzInCloud” platformasını istifadəyə verib
SİMA “XalqOnline” mobil və internet bankçılıq sisteminə inteqrasiya olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle