Azercell-in “Təhlükəsiz internet” layihəsi rəqəmsal təhlükəsizliyi gücləndirir
Azercell uşaqların virtual məkanda təhlükəsizliyini təmin etmək və rəqəmsal savadlılığı artırmaq məqsədilə ölkə üzrə “Təhlükəsiz İnternet” mövzusunda təlimlərini davam etdirir. Bu dəfə layihə Quba, Xızı, Sumqayıt və Mingəçevir şəhərlərində keçirilib.
İnternetdə təhlükəsiz davranış qaydalarının aşılanmasına yönələn bu təşəbbüs çərçivəsində 320 şagird və 50 valideyn onlayn təhdidlər və təhlükələrlə mübarizə üsulları barədə maarifləndirilib. Təlim proqramı aşağıdakı vacib mövzuları əhatə edib:
- Virtual tanışlıqların təhlükəsizlik baxımından yoxlanılması;
- Şəxsi məlumatların sosial şəbəkələrdə qorunması;
- Şəxsi məlumat tələb edən müsabiqələrdə iştirakın riskləri;
- Onlayn fırıldaqçıların və cinayətkarların əsas hiylələri;
- Trollinq, kiberbullinq və ya qeyri-münasib onlayn davranış halları ilə mübarizə üsulları.
Təlimlər “GİD CSR Consulting” tərəfindən sertifikatlaşdırılmış beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında keçirilib və bu da proqramın beynəlxalq standartlara uyğunluğunu təmin edib.
Qeyd edək ki, Azercell 2016-cı ildən etibarən internet təhlükəsizliyi mövzusunda maarifləndirmə layihələri təşkil edir. Şirkətin bu təşəbbüsü uşaq və valideynlərin onlayn məkanda daha təhlükəsiz davranış vərdişləri qazanmalarına əhəmiyyətli töhfə verir. Bu illər ərzində layihə müxtəlif yaş qruplarından 1500-dən çox internet istifadəçisini əhatə edib.
Oxşar xəbərlər
“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
"Azercell" ahıllar üçün kibertəhlükəsizlik mövzusunda təlim keçib - FOTO
Bakı Dəmiryol Vağzalında fövqəladə hallara hazırlıqla bağlı təxliyə təlimi keçirilib
Azercell “İşçi Rifahı 2024” mükafatına layiq görülüb
Azərbaycanın yeni kibermüdafiə üsulları Sülh və Təhlükəsizlik Naminə Elm proqramı tərəfindən təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 321-ə çatıb
-
SOCAR ilə "Gran Tierra Energy Inc." arasında saziş üzrə görülən işlər nəzərdən keçirilib
