“Azerconnect Group” İKT sahəsində Azərbaycanda “Ən yaxşı işəgötürən” seçildi
Ölkənin aparıcı İKT şirkətini “Azerconnect Group” nüfuzlu “Top Employers Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) növbəti dəfə Azərbaycanın “Ən yaxşı işəgötürən” şirkəti seçib. Bununla da “Azerconnect Group” ardıcıl olaraq üçüncü dəfə “Ən yaxşı işəgötürən” beynəlxalq sertifikatını əldə edən yeganə yerli şirkət olub.
Beynəlxalq təşkilat dünya təcrübəsindən irəli gələn 250-dən çox meyar üzrə “Azerconnect Group”un insan kapitalının idarəolunması sahəsində strategiyasını, həmçinin bu sahədə icra etdiyi innovativ layihələri dəyərləndirib və yüksək qiymətə layiq görüb. Şirkətin iş mühiti, istedadların cəlb edilməsi, öyrənmə, müxtəliflik, bərabərlik və inklüzivlik, rifah və digər istiqamətlərdə ən son beynəlxalq insan resursları təcrübələrini və standartları tətbiq etməsi vurğulanıb.
“Top Employers Institute” haqqında
“Top Employers Institute” dünyanın müxtəlif ölkələrində şirkətlərin işəgötürmə, işçi təcrübəsi və liderlik sahəsində fəaliyyətini qiymətləndirən və sertifikatlaşdıran beynəlxalq təşkilatdır. 30 ildən artıq müddətdə fəaliyyət göstərən “Top Employers Institute” 2025-ci ildə 125 ölkədə / regionda 2 400-dən çox təşkilatı sertifikatlaşdırılıb. Bu sertifikatı əldə etmiş “Ən yaxşı işəgötürənlər” qlobal miqyasda 13 milyondan çox işçinin həyatına müsbət təsir göstərirlər.
“Azerconnect Group” haqqında
Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Oxşar xəbərlər
“Azerconnect Group” İKT sahəsində Azərbaycanın “Ən yaxşı işəgötürən” şirkəti seçilib
“Azerconnect Group” “COP29 perspektivindən qlobal təcrübənin öyrənilməsi” adlı silsilə seminarlara dəstək oldu
“Azerconnect Group”un insan kapitalının inkişafı üzrə strategiyası Dünya Bankının hesabatında
“TIME” jurnalında “Azerconnect Group”un fəaliyyətindən bəhs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 321-ə çatıb
-
"Azərkosmos"un ixrac gəlirləri 55 %-dən çox artıb
-
TotalEnergies: “Abşeron”da əlavə quyuların qazılması imkanlarını qiymətləndiririk
-
Azərbaycanın minifutbol millisi Avropa çempionatının 1/4 finalında bu gün Çexiya ilə qarşılaşacaq
-
ABŞ və Britaniya əsgərləri İraq Kürdüstanında hərbi təlimlər zamanı həlak olublar
-
“Marsel” avrokuboklardan kənarlaşdırıla bilər
