Ağdərədə Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
sizinxeber.az xəbər saytı

Ağdərədə Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib


"Teleradio" İB Ağdərə rayonu ərazisində yerləşən və əvvəllər istismara yararsız vəziyyətə düşmüş Həsənriz Radio-Televiziya Yayım Stansiyasının işini bərpa edib.

Bu barədə “Sizinxeber.az-Economics”ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, işğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayım şəbəkəsinin bərpası istiqamətində aparılan işlər çərçivəsində sözügedən stansiya elektrik enerjisi ilə təmin olunub. Texniki bina təmir edilib və stansiya texniki vasitələrlə təchiz olunaraq yayım üçün hazır vəziyyətə gətirilib. Belə ki, 300 Vt gücündə televiziya vericisi, 4x1 konfiqurasiyalı anten sistemi, eləcə də digər zəruri texniki vasitələr quraşdırılaraq istismara verilib.

Nəticədə 25-ci televiziya kanalında (506 MHs) 8 televiziya proqramının (AzTV, İctimai TV, İdman Azərbaycan TV, Mədəniyyət TV, CBC Sport, ATV, Xəzər TV, Space TV) Həsənriz və ətraf kəndlərin ərazilərində yayımı təmin olunub.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək 8 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib. Bərpa tədbirləri “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına uyğun olaraq həyata keçirilir.

Oxşar xəbərlər

Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib
Qarabağ və Şərqi Zəngəzurda rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib, "Naxçıvan TV"yə peyk yayımı lisenziyası verilib
Bu il televiziya və radio kanallarının efirində 9 ciddi pozuntu faktı aşkarlanıb
Özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstəriləcək
Azərbaycanda özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstəriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər