Azərbaycan Dünya Bankı ilə “Logistik performans” indeksinin fərqli hesablanmasını müzakirə edir
sizinxeber.az xəbər saytı

Azərbaycan Dünya Bankı ilə “Logistik performans” indeksinin fərqli hesablanmasını müzakirə edir


Azərbaycan “Qlobal İnnovasiyalar İndeksi” hesabatında “Logistik performans” indeksinin hesablanma metodologiyasının dəyişdirilməsi barədə Dünya Bankı ilə müzakirələr aparır.

“Report” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərəfindən rəhbərliyi həyata keçirilən Fiziki infrastruktur üzrə İşçi qrupunun növbəti iclasında deyilib.

Bildirilib ki, yeni metodologiyaya uyğun olaraq “sorğu əsaslı yanaşmadan Big Data əsaslı yanaşmaya keçid”in qəbul edilib. İstifadə olunan böyük məlumat mənbələri olaraq Ümumdünya Poçt İttifaqı, “Cargo” İQ, “TradeLens”, “MDS Transmodal” və “MarineTraffic” kimi məlumat bazalarından istifadə ediləcək.

Sonra “Qlobal İnnovasiyalar İndeksi” hesabatında “Elektrik enerjisi istehsalı” indikatorunun 2022 və 2023-cü illər üzrə göstəricilərinin təhlil edildiyi və 2024-cü il üzrə proqnoz göstəricilərin Komissiyanın Katibliyinə təqdim edildiyi bildirilib.

İclasda həmçinin növbəti ildə görüləcək işlər və işçi qrupunun 2025-ci il üçün Fəaliyyət Planının layihəsi müzakirə edilib.

Oxşar xəbərlər

“Fiziki infrastruktur” İşçi qrupunun növbəti iclası keçirilib
Azərbaycanda Elektron Hökumətin İnkişafı İndeksinin istiqamətləri üzrə fəaliyyət planı hazırlanıb
“Qlobal İnnovasiya İndeksi - 2024” hesabatında Azərbaycan üzrə göstəricilər müzakirə olunub
“Qlobal İnnovasiya İndeksi"nin insan kapitalı ilə bağlı göstəricilərin yaxşılaşdırılması üzrə müzakirələr aparılıb
“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər təhlil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər