Elektron Təhlükəsizlik Xidməti Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
dek
2024
17:00

Elektron Təhlükəsizlik Xidməti Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb

02 dek, 2024
17:00
659

Elektron Təhlükəsizlik Xidməti Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

"Sizinxeber.az" nazirliyə istinadən xəbər verir ki, məqsəd informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi, həmçinin sosial şəbəkələrdən istifadə qaydaları üzrə ictimai məlumatlılığın artırılması istiqamətində birgə fəaliyyətin təşkil edilməsidir.

Memoranduma əsasən, ETX tələbələr üçün bilik mübadiləsi sessiyaları, maarifləndirici tədbir və təlimlər təşkil edəcək.

Həmçinin xidmət nümayəndələrinin universitet tərəfindən təşkil ediləcək tədbirlərdə qonaq spiker qismində çıxış etmələri nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın