Sizinxeber.az – Azərbaycan Xəbərləri

“Boeing”dən yeni uğursuzluq: “777X” sınaqdan keçmədi

“Boeing”dən yeni uğursuzluq: “777X” sınaqdan keçmədi
4 dəfə Baxılıb
11 Sentyabr 2019 - 1:05

Amerikanın “Boeing” aviatikinti korporasiyası özünün ən yeni “777X” laynerinin sınaqları zamanı texniki problemlərlə üzləşib. Bu barədə “Agence France Press” vəziyyətlə tanış mənbəyə istinadən xəbər verir. Qeyd edilir ki, keçən həftə aparılan sınaqlarda ABŞ Mülki Aviasiyanın Federal İdarəsinin (FAA) müfəttişləri iştirak ediblər. Germetikliyin yoxlanılması zamanı təyyarənin qapısı yerindən uçub. Bu səbəbdən də sınaqlar dayandırılıb. Baş verənlərlə bağlı “777X”in 2020-ci ilin əvvəllərinə planlaşdırılan ilk sınaq uçuşunun təxirə salınıb-salınmayacağı məlum deyil. Xatırladaq ki, 2018-ci ilin oktyabrında “Boeing 737 MAX” təyyarəsi İndoneziyada qəzaya uğrayıb, nəticədə 189 nəfər həyatını itirib. Martda isə Efiopiyada eyni modelli təyyarənin qəzaya düşməsi nəticəsində 157 insan ölüb. Bundan sonra bir sıra ölkələrdə “Boeing 737 MAX” hava gəmilərinin istismarı dayandırılıb.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]